Bir neçə ay ərzində 2 mindən çox şəxs ABB-nin daxili ipoteka krediti ilə ev alıb - MÜSAHİBƏ
Müsahibimiz ABB-nin Bankın Pərakəndə kreditlər sahəsinin rəhbəri (Tribe Lead) Eldar Xubanlıdır
-Hazırda istehlak kreditləri ilə bağlı bazarda hansı meyllər müşahidə olunur?
-Əsas tendensiya kreditlərin bütün müştərilər üçün daha əlçatan, şərtlərinsə daha sərfəli olmasıdır. Sektordakı azad rəqabət mühiti müştərilərə geniş seçim imkanı yaradır. Nağd pul kreditini məhz ABB-dən almaqdan ötrü isə kifayət qədər səbəblər var. Biz 30 000 manata qədər krediti müştərilərimizə cəmi 12.9%-dən başlayan faiz dərəcəsi ilə, 60 ayadək müddətə təklif edirik. Üstəlik, kredit alan müştərilərə TamKart kredit kartı hədiyyə edilir. Rəsmi gəliri olan hər kəs ABB-nin nağd pul krediti imkanlarından faydalana bilər.
-Bildiyimiz qədər, ABB-dən krediti banka gəlmədən onlayn şəkildə, cəmi bir neçə kliklə almaq mümkündür...
-Bəli, maksimum rahatlıq üçün belə bir imkanı yaratmışıq. Müştəri istədiyi yerdən ABB mobile tətbiqinə, yaxud Bankımızın saytına daxil olub krediti sifariş verir. Seçimindən asılı olaraq kredit məbləği birbaşa onun kartına köçür. Əgər müştərinin kartı yoxdursa, kredit məbləği istəyi əsasında ünvanına catdırılır, yaxud müştəri özü hər hansı seçdiyi filialımızdan kreditini götürür. Kreditin sifariş verilməsi və əldə olunması prosesi hətta bir neçə dəqiqə çəkir.
-Hazırda ABB-nin daxili ipoteka krediti şərtləri necədir?
-ABB bir neçə ay əvvəl daxili ipoteka krediti şərtlərini dəyişdi və müştərilər üçün son dərəcə sərfəli təkliflər formalaşdırdı. Hazırda Bankımızda daxili ipoteka krediti cəmi 6%-dən başlanan faizlərlə təklif edilir. İlkin ödəniş 15%-dən başlanır. Kredit 25 il müddətinə ayrılır. Maksimal məbləğ isə 500 000 manatdır.
ABB-nin daxili ipoteka kreditinin şərtləri müştərilər üçün o qədər cəlbedicidir ki, bir neçə ay ərzində 2 mindən çox şəxs artıq bu imkandan yararlanaraq yeni ev ala bilib.
-Daxili ipoteka krediti mənzillərə, yoxsa fərdi yaşayış evlərinə verilir?
-Fərqi yoxdur. ABB-nin daxili ipoteka krediti ilə həm yeni və köhnə tikililərdə mənzillər almaq olar, həm də fərdi yaşayış evləri, o cümlədən bağ evləri almaq mümkündür. Orasını da deyim ki, ABB olaraq biz 30-dan çox tikinti şirkəti ilə tərəfdaşlıq edirik və bu şəbəkəni getdikcə genişləndiririk. Həmin tikinti şirkətlərinin inşa etdiyi binalardan müştərilərimiz sadələşdirilmiş və çox əlverişli şərtlərlə təmirli, yaxud təmirsiz mənzillər ala bilərlər. Üstəlik, bu şirkətlərin də ABB-nin daxili ipoteka kreditlərindən yararlanan şəxslər üçün, xüsusilə gənc ailələr üçün özəl təklifləri, endirim kampaniyaları olur. Bir sözlə, tam arzularındakı evə sahib olmaq üçün müştərilərimizə geniş seçim imkanı yaradırıq.
İpoteka kreditləşməsi sahəsində fəaliyyəti genişləndirməyimiz ölkəmizdə tikinti sektoruna da müsbət təsir göstərir. Bilirsiniz ki, bu, kifayət qədər böyük, çoxşaxəli sektordur, əhalinin məşğulluğunda mühüm rol oynayır. ABB öz daxili resursları ilə yanaşı, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına da ipoteka kreditləri ayırır.
-Daxili ipoteka kreditini də onlayn qaydada sifariş etmək olur?
-Bəli, hər bir müştəri daxili ipoteka kreditlərimizi ABB mobile tətbiqindən, yaxud Bankımızın saytından onlayn sifariş edə bilər. Müraciətə cəmi 3-5 gün içində baxılır və qərar verilir.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
-
7 saat əvvəl
“Bolmart” fəaliyyətini dayandırdı" xəbərinə şəbəkənin rəhbərliyindən reaksiya
-
-
7 saat əvvəl
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
-
7 saat əvvəl
Texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq
-
7 saat əvvəl
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
-
7 saat əvvəl
Azərbaycanda Belarusun lift şirkətinin lokal istehsalı genişləndiriləcək
-
7 saat əvvəl
Biletlər sabah satışa çıxarılır - Qiymətlər 10 - 1000 manat civarındadır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
-
8 saat əvvəl
Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür
Son Xəbərlər
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Bakıda taxtalar yığılan ərazidə yanğın
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
Ən çox oxunanlar
“Xəyal Adası” mənfəəti xəyal edir
Bankların kredit portfelinin artım tempi sürətlənib
Dövlət şirkətində 133 milyon manatdan çox zərər yığılıb
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır
BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalıb






















.jpg)


