Azər Türk Bank illik 5%-dən başlayan faizlərlə 10 ilədək güzəştli kreditlər təklif edir
(®) Dövlət bankı Azər Türk Bank, müxtəlif sahələrdə fəaliyyət göstərən korporativ müştərilərin, habelə mikro, kiçik və orta sahibkarların əlverişli şərtlər və sadə prosedurlar əsasında maliyyələşdirilməsini, onların bizneslərinə maddi dəstəyini davam etdirir.
Belə ki, biznes nümayəndələrinin maliyyələşməyə ehtiyacları geniş çeşiddə olan kredit məhsulları, eyni zamanda qarantiya və akkreditivlər hesabına təmin olunur. Azər Türk Bank öz vəsaitləri hesabına ayrılan kredit məhsulları ilə yanaşı, müxtəlif dövlət fondlarının (İpoteka və Kredit Zəmanət Fondu, Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi) müvəkkil təşkilatı olaraq, müştərilərinə dövlət zəmanəti ilə təmin edilmiş, güzəştli şərtləri və uzun müddətli, habelə faiz xərcləri subsidiyalaşdırılan kreditləri də təklif etməkdədir.
Sahibkarlar Azər Türk Bank vasitəsilə fondlar hesabına 10,000,000 manatadək olan vəsaitləri illik 5%-dən başlayan faiz dərəcəsi ilə və 10 il müddətinədək rəsmiləşdirilmiş güzəştli kredit şəklində əldə edə bilərlər. Bundan əlavə, kənd təsərrüfatı sahəsində fəaliyyətdə olan sabihkarlar tərəfindən lazımi texnika və damazlıq heyvanların alış qiymətlərinin, müvafiq olaraq, 40% və 60%-dək hissəsi miqdarında subsidiyanın alınması da mümkündür.
Həmçinin Bankın “Yasamal” filialının yerləşdiyi ünvanda (İ. Qutqaşınlı küçəsi, 89) fəaliyyət göstərən “Kiçik və Orta Biznes Kreditləri Mərkəzində” mikro, kiçik və orta biznes sahibləri çevik, güzəştli və sadə şərtləri olan kreditlərdən faydalana bilərlər.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 3 saat əvvəl
-
4 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
4 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
4 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
5 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
5 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı





















