Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşdü
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, məqsəd avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması sahəsində mövcud vəziyyət, problemlər və perspektivlər barədə müzakirələrin aparılması, yeni prioritetlərin müəyyən edilməsi və təkliflərin dinlənilməsi olub.
Müzakirə zamanı avtomobil nəqliyyatı sahəsində aparılan islahatlar, yerli daşıyıcıların beynəlxalq daşımalar bazarına çıxışının genişləndirilməsi, həmçinin nəqliyyat sahəsində rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Rəşad Nəbiyev çıxışında avtomobil daşımaları bazarının inkişafı, yerli daşıyıcıların təşviq edilməsi istiqamətində görülən işlər haqqında danışıb.
Nazir vurğulayıb ki, yalnız həqiqi hökumət-biznes tərəfdaşlığı ilə Azərbaycanı qlobal logistika və nəqliyyat bazarının dəyərli hissəsinə çevirmək mümkündür.
Rəşad Nəbiyev daşıyıcı şirkət rəhbərləri ilə keçirilən son görüşdən sonra qanunvericilikdə və strukturda baş verən dəyişikliklər haqqında məlumat verib.
Bildirilib ki, cənab Prezident İlham Əliyevin Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) publik hüquqi şəxs yaradılıb və yaxın zamanlarda Agentliyin Nizamnaməsi təsdiq ediləcək.
Əlavə edilib ki, Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli müvafiq Qərarı ilə “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına Buraxılış Qaydaları” təsdiq edilib. Qaydalar növbəti ilin aprel ayından tətbiq ediləcək. Qaydalara əsasən sürücülərlə əmək müqaviləsi bağlanılmalıdır. Daşıyıcının məsul şəxsi və sürücüləri peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq keçərək şəhadətnamə almalıdır. Operator işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verməlidir. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarı uğur üçün mühüm faktor olaraq insan kapitalının önəmini təsdiq edir.
Qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsindədaşıyıcılara dəstək göstərməyə və onların inkişafına kömək etməyə hazırdır. Avtomobil nəqliyyatı sahəsini tənzimləyən mövcud normativ-hüquqi aktlarda ciddi dəyişikliklərlə bağlı təkliflər hazırlanmış və yaxın zamanlarda təsdiq edilməsi gözlənilir. Bu sahədə xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən “AYNA” informasiya sistemi yaradılacaq.
Görüş iştirakçıları qarşılaşdıqları problemlər haqqında ətraflı məlumat veriblər.
Sonda nəqliyyat və logistika şirkətlərinin nümayəndələri minnətdarlıqlarını bildirib və bu görüşün gələcək fəaliyyət üçün faydalı olacağına əminliklərini ifadə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















