"Azərsu" 552 milyon manatlıq zərəri şərh edib
"Azərsu" ASC, 2021-ci ili 552 milyon 230 min manat xalis zərər ilə başa vurmasını şərh edib.
Marja.az xəbər verir ki, şirkət zərəri yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisilə əlaqələndirib və əsas investisiya layihələri başa çatdıqdan sonra maliyyə vəziyyətinin yaxşılaşacağını gözləyir:
""Azərsu" ASC Azərbaycanda aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyətilə məşğuldur və müntəzəm olaraq dövlətdən maddi yardım alıb. Tarixən "Azərsu" ASC-nin əməliyyat zərərləri və dövriyyə vəsaitlərinin çatışmazlığı olmuşdur. Rəhbərlik yeni infrastruktur layihələrinin tikintisi, həmçinin mövcud qurğuların təmirilə bağlı Master Plan işləyib hazırlamışdır. Bu da abunəçilərin sayını artırmaq, debitor borclarını toplamaq, satış üzrə zərərləri azaltmağa imkan yaradacaqdır. Bundan başqa, Tarif Şurasının su təchizatı ilə bağlı 30 Yanvar 2021-ci il tarixli qərarı 01 Fevral 2021-ci il tarixində qüvvəyə minmişdir. Hazırda tikilməkdə olan əsas layihələrin başa çatması "Azərsu" ASC-nin maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır. "Azərsu" fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün dövlət tərəfindən təqdim edilən maliyyələşmələrdən asılı qalmaqdadır.
Qeyd edək ki, "Azərsu" ASC 2020-ci ili 323 milyon 222 min manat xalis mənfəət ilə bağlamışdı. 31 dekabr 2021-ci il tarixində "Azərsu" ASC-nin yığılmış zərəri 7 milyard 855 milyon 686 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















