Almaniyanın maye qaza keçid üçün xərcinin 1 trilyon avro təşkil edəcəyi qiymətləndirilir
İqtisadçı və fond bazarları üzrə mütəxəssis Jens Ehrhardt əmindir ki, sözdə "yaşıl" inqilab istehsal xərclərinin artmasına səbəb olacaq.Almaniya anti-Rusiya sanksiyalarına görə daha baha ödəməli olacaq və Rusiya qazını, mayeləşdirilmiş təbii qaz (LNG) almaq imkanlarını genişləndirməklə əvəz etmək 1 trilyon avroya başa gələcək.
Marja xəbər verir ki, bu fikri birjalar üzrə ekspert, alman iqtisadçısı Yens Ehrhardt şənbə günü "Handelsblatt" qəzetinə müsahibəsində bildirib.
“Mənim Rusiya ilə siyasi münaqişəyə baxışım ondan ibarətdir ki, biz Almaniyada və Avropada Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə özümüzə böyük ziyan vururuq”.
Ehrhardt, Almaniyanın avtomobil sənayesi kimi ənənəvi sənayelərdən çox asılı olduğuna diqqət çəkib.
"Yaxın dörd ildə biz ucuz Rusiya qazını ümumiyyətlə əvəz edə bilməyəcəyik. LNG-nin qəbulu imkanlarının genişləndirilməsi, bəzi hesablamalara görə, bizə 1 trilyon avroya başa gələcək", - ekspert davam edib.
Onun sözlərinə görə, "yaşıl inqilab" adlanan proses istehsal xərclərinin artmasına səbəb olacaq. Ehrhardt deyir: "İstehsal sahəsi olaraq Almaniya daha da bahalaşacaq və beləliklə, rəqabət qabiliyyəti azalacaq".
Mütəxəssis hesab edir ki, avronun dövriyyəyə buraxılmasından sonra 50% artan Almaniya ixracının həcmi indi azalmağa başlayacaq. "Bu, digər ölkələrlə müqayisədə, yüksək ixrac payımıza görə bizə daha çox zərər verəcək. Almaniyada bizi çox çətin günlər gözləyir", - Ehrhardt bildirib.
O, ABŞ Federal Ehtiyatlar Sisteminin (mərkəzi bank kimi fəaliyyət göstərir) inflyasiya ilə mübarizəyə yönəlmiş tədbirlərini tənqid edib. "Düşünürəm ki, ABŞ mərkəzi bankı hazırda böyük səhv edir, yəqin ki, İkinci Dünya Müharibəsindən sonra ən böyük səhvdir" Ehrhardt deyib. O, mart ayında təxminən 12,500 bənd ucuzlaşan Almaniyanın aparıcı fond indeksi Dax-ın çöküşünün təkrarlanacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















