34 hektar ərazidə salınacaq, gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq - YENİ SANATORİYA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.
Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına sanatoriyada görüləcək işlərlə bağlı məlumat verib.
Bildirildi ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.
Diqqətə çatdırıldı ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
Prezident İlham Əliyev “İstisu” sanatoriyasının təməlini qoyub.
"Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünki vaxtılə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb",- Prezident İlham Əliyev deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
-
21 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
31 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
52 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
























