Çindən Azərbaycana alüminium sənayesi üçün xammal idxal olunub
“ADY Konteyner” şirkəti “Azəralüminium” MMC-nin sifarişi əsasında Çindən Azərbaycana alüminium sənayesinin strateji xammalı olan bişirilmiş karbon anod bloklarının idxalını həyata keçirib.
“ADY Konteyner”in yaydığı məlumatda bildirilir ki, Qujing - Gəncə marşrutu üzrə hərəkət edən qatarda yüklərhər biri 40 futluq olmaqla50 konteynerdə daşınıb. Qatar Qazaxıstanın Aktau limanına çatdıqdan sonra konteynerlər “Barıs” fider gəmisinə yüklənərək Bakı limanına gətirilib. Oradan isə qatarla Gəncə Alüminium Zavoduna yola salınıb.
Layihə “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqındamemoranduma uyğun olaraq həyata keçirilir.
Ölkədə qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rolu olan “Azəralüminium” MMC carı ildə 30 min ton bişirilmiş karbon anod blokları tədarük edəcək. Bu günədək ADY Konteyner və “Azəraliminium” şirkətləri arasında əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Azərbaycana 400 konteyner idxal edilib. Tərəflər əməkdaşlığı daha da genişləndirməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















