Çin avtomobil brendinin Bakıda müvəqqəti satış və servis mərkəzi istifadəyə verilib
“Chery” avtomobil brendinin Azərbaycandakı rəsmi distribütoru “Efendiler Group" markanın Babək prospekti, 37 ünvanında müvəqqəti satış və servis mərkəzini müştərilərin ixtiyarına verib.
Hazırda mərkəzin salonunda “Tiggo 2 PRO”, “Tiggo 7 PRO” və “Tiggo 8 PRO” modelləri təqdim olunur. Gələn il ərzində isə bu Çin istehsalçısının geniş model sırasının digər təmsilçilərini də salonda görmək mümkün olacaq.
Servis bölməsi tələb olunan bütün texniki xidmət və təmir işlərini həyata keçirməyə imkan verən müasir avadanlıqlarla təchiz olunub. Həmçinin burada orijinal ehtiyat hissələri üçün də geniş anbar mövcuddur.
Qeyd edək ki, təqdim olunmuş satış və servis mərkəzi müvəqqəti sərgi salonudur. Brendin korporativ üslubuna cavab verən mərkəzin tam şəkildə təmir, tikinti işləri davam edir və tez bir zamanda Bakının ən müasir avtomobil sərgi salonu müştərilərə təqdim olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















