Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirildi
Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirmişdir.
Mərkəzi Bakın yaudığı məlumatda bildirilir ki, görüşdə məqsəd ölkədə iqtisadi inkişafın yeni mərhələsində sığorta sektorunun dayanıqlı inkişafının təmin edilməsinə dəstək, sektorda rəqabət qabiliyyətinin artırılması, innovativ məhsulların bazara təqdim edilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsi və sığorta bazarının əhatəsinin genişləndirilməsi məsələləri, habelə əhalinin və biznesin sığorta xidmətlərinə çıxışının asanlaşdırılması, sığortaya olan ictimai inamın gücləndirilməsi tədbirləri ilə bağlı fikir mübadiləsi aparılmasından ibarət olmuşdur.
Mərkəzi Bankın sədri görüşdə çıxış edərək cənab Prezident İlham Əliyevin ölkədə dayanıqlı iqtisadi inkişaf, vətəndaşların maddi və mənəvi rifahının yüksəldilməsi və onun davamlığının təmin olunması ilə bağlı hədəflərini xüsusi qeyd edərək, həmin vəzifələrin reallaşdırılmasında sığorta bazarının da genişləndirilməsinin əhəmiyyətini izah etdi. Bildirdi ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və ciddi iqtisadi artım tempi əldə edildiyindən sığorta xidmətlərinin də inkişafı üçün əlverişli iqtisadi mühit yaranmışdır.
Mərkəzi Bankın sədri həmçinin, requlyatorla bazar iştirakçıları arasında birgə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini qeyd etmiş, bu məqsədlə sığorta bazarının iştirakçıları ilə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin önəmini bildirmişdir. Sığorta sahəsində qanunvericiliyinin daha da təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli rəqəmsallaşma həllərinin təqdim edilməsi və bu kimi digər maraq doğuran sahələrdə görülməkdə olan işlər barədə məlumat verən Mərkəzi Bankın sədri, qeyd edilən istiqamətlərdə veriləcək qərarlardan öncə bazar iştirakçıları ilə birgə məsləhətləşmələrin aparılacağını və bu məqsədlə mütəmadi görüşlərin keçiriləcəyini bildirmişdir.
Sığorta sektorunun son illərdəki yüksək artım templərini vurğulayan T.Kazımov eyni zamanda ölkəmizin gələcək inkişaf prioritetləri və qarşıya qoyulan hədəflər fonunda bazar iştirakçılarının öz növbəsində kadr potensialının gücləndirilməsinə, sığorta şirkətlərinin informasiya texnologiyalarının daha da inkişaf etdirilməsinə, institutsional inkişafa investisiya qoyulmasının əhəmiyyətini qeyd etmişdir.
Görüşdə sığorta şirkətlərinin rəhbərləri çıxış edərək ölkədəki iqtisadi inkişaf meyilləri, sığorta bazarının genişləndirilməsi imkanları, sığorta istehlakçılarına göstərilən xidmətlərin keyfiyyətinin artırılması sahəsində görülən işlər, həmçinin, sektorda olan cari qayğılar barədə fikirlərini bildirmişlər.
Sığorta bazarında şəffaflığın təmin edilməsi, azad rəqabət mühitinin dəstəklənməsi məqsədilə Mərkəzi Bank, İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Asossiasiyası, və bazar iştirakçılarının birgə əməkdaşlığının daha da genişləndirilməsi mövzusunda ətraflı fikir mübadiləsi aparılmışdır.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
6 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"


















