Ən yuxarı (mobil)_30

Dövlət şirkətinin çağrı mərkəzi 7 günlük iş rejiminə keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət şirkətinin çağrı mərkəzi 7 günlük iş rejiminə keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi məhsul və xidmətlərə marağın artması nəticəsində vətəndaşların müraciətlərinin sayında da artım qeydə alınır.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, şirkətin qısa müddət öncə ictimaiyyətə təqdim etdiyi SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaşlarının sayının mütəmadi artmasına paralel olaraq istifadəçi sayında da müsbət dinamika hiss olunur. Vətəndaş məmnuniyyətində mükəmməlliyə çatmaq üçün bir neçə gün öncə Müştəri Xidmətləri Mərkəzində xidmət operatorlarının sayı artırılıb.

Hazırda bu təkmilləşdirmə tədbirlərinin davamı olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları” haqqında qərarında göstərilən tələblərin yerinə yetirilməsi məqsədilə “AzInTelecom” MMC-nin “157” Çağrı Mərkəzi 7 günlük iş rejiminə keçib.

Artıq vətəndaşlar “AzInTelecom” MMC-nin xidmət və məhsulları ilə bağlı həftənin şənbə və bazar günləri də daxil olmaqla, hər gün “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.

Çağrı Mərkəzinin xidmət imkanlarının genişləndirilməsi üçün yaxın vaxtlarda növbəti addımların atılması da planlaşdırılır.

Qeyd edək ki, “157” Çağrı Mərkəzinin əməkdaşları SİMA yeni nəsil rəqəmsal imza, Mobil Cihazların Qeydiyyat Sistemi, “SmartPay” ödəniş sistemi və “AzDataCom” internet xidmətləri ilə bağlı vətəndaşların məlumatlandırılmasını həyata keçirir.

AzInTelecom Çağrı Mərkəzi 157 SmartPay
06.06.2022 15:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18