McDonald's-ın Rusiyadakı biznesinin yeni sahibi şəbəkəni 1000 restorana qədər genişləndirməyi planlaşdırır
McDonald's-ın Rusiya biznesini satın alan iş adamı Aleksandr Qovor ölkə daxilində şəbəkəni min restorana qədər genişləndirmək planlarını açıqlayıb.
Marja xəbər verir ki, o, bu barədə “Forbes”ə müsahibəsində danışıb.
Qovorun sözlərinə görə, hazırda 840 nöqtə yenidən işə salınmağa hazırdır.
"2022-ci ilin sonuna kimi daha 20 restoran istifadəyə verilə bilər. Planım şəbəkəni 1000-ə çatdırmaqdır”, - sahibkar bildirib.
Həmçinin Qovor dəqiqləşdirib ki, brendin yeni adı ilə bağlı yekun qərar iyunda məlum olacaq: "Biz artıq brend üçün bir neçə adı seçib qeydiyyatdan keçirmişik. Brendlə bağlı yekun qərar iyunun ortalarına qədər açıqlanacaq".
İyunun 2-də Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) Aleksandr Qovora məxsus "Club-Hotel" MMC-nin McDonald's-ın Rusiya biznesini almaq üçün petisiyasını təsdiqləyib. Eyni zamanda, satıcı aktivi 15 il ərzində bazar şərtləri ilə geri ala bilər.
McDonald's Rusiyadakı bütün 850 restoranının fəaliyyətini martın 14-də Ukraynada hərbi əməliyyat başlayandan az sonra dayandırıb. Mayın 16-da, ictimai iaşə bazarında payı 7%-ə çatan şirkət Rusiyadan çıxdığını elan edib və Sənaye və Ticarət Nazirliyinin vasitəçiliyi ilə müəssisəni Aleksandr Qovora satıb. Şəbəkə yeni brend altında fəaliyyət göstərəcək və bütün işçilər ən azı iki il yerlərini qoruyacaqlar. Təxminən, restoranlar iyunun ortalarında işə başlaya biləcək.
McDonald's-ın Rusiyadakı baş direktoru Oleq Paroyev bildirib ki, köhnə loqo olan lövhələr söküləcək. Onun sözlərinə görə, Rusiya Federasiyasındakı françayzilərə də yeni brend altında işləmək təklif olunacaq.
Moskva meri Sergey Sobyanin bildirib ki, paytaxt hakimiyyəti McDonald's restoranlarının işinin bərpasına dəstək verəcək. Rus sahibi işçi qüvvəsini, menyunu və xidmət standartlarını saxlayacaq.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 54 d. əvvəl
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















