Müasir Təhsil Kompleksi "Teknofest Azərbaycan" yarışmasında 1-ci yer qazanan ilk məktəb oldu
(®) Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin “GreenLines” komandası Teknofest 2022 yarışmasında "Yaşıl" texnologiyalar kateqoriyası üzrə 1-ci yer qazanmışdır.
Şagirdlərin hazırladıqları layihə meşə yanğınlarının qarşısını vaxtında almaq üçün nəzərdə tutulmuşdur. Layihənin ideyası 2021-ci ildə Türkiyədə baş verən meşə yanğınlarından sonra yaranmışdır.
Layihəyə festivala gələn ziyarətçilər tərəfindən olduqca böyük maraq var idi. Jüri səsverməsindən sonra layihə ən yüksək xal toplayaraq qalib olmuşdur.
Qalib gələn komandamızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Nobel mükafatı laureatı cənab Əziz Sancar təltif etmişdir.
Qeyd edək ki, komandanın kapitanı İmran Nəsibov keçən il Türkiyədə keçirilmiş "Teknofest 2021" yarışmasında Azərbaycanı təmsil etmişdir. İmranın təqdim etdiyi "Zəfər yolu" kosmik stansiya modeli insanların uzun müddət Kosmosda yaşayışını təmin etmək üçün nəzərdə tutulmuşdur.
Kompleksimiz ümumilikdə "Teknofest 2022" yarışmasında 4 komanda üzrə təmsil olunurdu. Bu komandalardan 2-si “SkyDreams” və “New Generation’s Business” “Baku Skills”, digər 2 komanda “GreenLines” və “gFuture” isə “Yaşıl” texnologiyalar kateqoriyası üzrə iştirak edirdi. “Yaşıl” texnologiyalar kateqoriyasında yarışan digər komandamız “gFuture” yarışmada 3-cü yer qazanmışdır. Gənc ixtiraçı şagirdlərin hazırladıqları layihə külək enerjisindən şəhər mühitində əlverişli istifadə üçün nəzərdə tutulmuşdur. Bu komandanın kapitanı Səid Nəsibov dəfələrlə beynəlxalq riyaziyyat və informatika olimpiadalarının qalibi olmuş və bu il dünyanın top universitetlərindən biri olan “University College London”a (UCL) qəbul olmuşdur.
Ölkəmizdə keçirilən bu cür texnologiya sərgiləri azərbaycanlı gənclərin, məktəblilərin gələcək karyerasının qurulmasında, inkişafyönümlü olmasında və dünyagörüşünün artırılmasında böyük rol oynayır. Əminik ki, "Teknofest Azərbaycan" festivalında iştirak edən startapçılar və gənc ixtiraçılar ölkəmizin gələcəyi naminə möhtəşəm işlər görəcəklər.
Səməd Vurğun küçəsi 151
+994552028401
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















