Birbank ilə 125 milyon manatdan artıq vəsait əhaliyə qaytarılıb
2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir. Layihənin əsas məqsədi həm vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasıdır.
Bu layihənin təqdim edilməsindən 2 il keçməsinə baxmayaraq artıq əhaliyə 200 milyon manat vəsait geri qaytarılıb ki, bu göstəricinin 125 milyonu manatı Birbank istifadəçilərinin payına düşür. Bu barədə Kapital Bankın yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, bundan başqa 2 il ərzində qaytarılan çek sayı 500 milyon olub ki, bu göstəricinin də 350 milyonu Birbank vasitəsilə həyata keçirilib.
Məlumat üçün bildirək ki, əhaliyə təqdim edilən bu layihənin ilk maliyyə tərəfdaşı Kapital Bank və Birbank oldu. İstifadənin daha rahat olması üçün Birbank-ın “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradıldı. Bununla da Birbank-ın QR xidmətindən istifadə edərək, çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə etmək mümkündür.
Bundan başqa virtual “pul qabı”na yerləşdirilən vəsaiti Birbank vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də Birbank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.
Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində https://edvgerial.kapitalbank.az/ portalına və ya Birbank-a müraciət etməlidir. Çekin 12 simvollu fiskal İD-sini elektron kabinet və ya Birbank-ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər. Həmçinin BirKart ƏDV kartı ilə müştərilər əməliyyat apararkən 2 qat ƏDV bonusu qazanırlar. Bunun üçün yeni kartı Birbank-da qeydiyyat etmək və nağdsız ödənişlər həyata keçirmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
7 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
11 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq




















