"Bütün maliyyə sektoru iştirakçılarının dərin təhlili aparılacaq, qərarlar qəbul ediləcək"
Bank sektorunda maraqla izlənilən məsələlərdən biri də, yeni sədr təyinatından sonra Mərkəzi Bankın bir sıra bankların sağlamlaşdırılması, zəif banklar, minimal məcmu kapital tələbilə bağlı qəbul edə biləcəyi qərarlardır.
Mərkəzi Bankın sədri Taleh Kazımov bu barədə Marja.az-ın sualına cavab olaraq bildirib ki, bütün maliyyə sektoru iştirakçılarının dərin təhlili aparılacaq.
"Hansısa addımı atmaq lazım olduqda Mərkəzi Bank bunu edəcək. Hazırda qanunvericilik bazasına baxılır, yeni qanun layihələri hazırlanır. Mərkəzi Bankın normativ aktları, qaydaları da nəzərdən keçiriləcək. Sonra bütün maliyyə sektoru iştirakçılarının dərin təhlili aparılacaq və mandatımıza uyğun olaraq qərarlar qəbul ediləcəkdir".
Maliyyə sektoru iştirakçıları dedikdə banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, investisiya şirkətləri və s. nəzərdə tutulur.
"YENİ QANUN BAZASI ÜZƏRİNDƏ İŞLƏR APARILIR"
Mətbuat konfransında Taleh Kazımov bildirib ki, Mərkəzi Bank tərəfindən bank, sığorta və qiymətli kağızlar sektorları üzrə yeni qanun layihələri hazırlanır:
"Hal-hazırda yeni qanunvericilik bazası üzərində işlərə başlanılıb. Bütün proseslərdən keçdikdən sonra, həm bank, həm sığorta, həmçinin digər maliyyə sektoru iştirakçılarına aid olan yanun qanun layihələri təqdim olunacaq",- Kazımov deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 28 d. əvvəl
-
1 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
1 saat əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
11 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Ən çox oxunanlar
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ





















