Böyük Britaniyada inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb
Böyük Britaniyada illik inflyasiya mart ayında 7 faiz təşkil edərək 1992-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.Böyük Britaniyada inflyasiya gözləntiləri üstələyib və son 30 ilin ən yüksək səviyyəsinə yüksəlib.
Marja xəbər verir ki, illik inflyasiya 7 faizə yüksəlib. Fevralda inflyasiya 6,2 faiz təşkil etmişdi. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 6,7 faiz idi.
Ölkədə inflyasiya aylıq 1,1 faiz artaraq rekord qırıb. Gözlənti 0,8 faiz idi.
İnflyasiya ardıcıl 6 aydır hədəfdən yüksək olub. Restoran, enerji, otel, mebel, geyim və ayaqqabı qiymətlərindəki artım inflyasiyanın artmasına səbəb olub.
İngiltərə Mərkəzi Bankının may ayında artımı cilovlamaq üçün ardıcıl dördüncü dəfə faiz dərəcələrini artıracağı gözlənilir. Bank aprel ayında inflyasiyanın 8 faizə yaxınlaşacağını gözləyir. İlin sonunda inflyasiyanın ikirəqəmli səviyyəyə yüksəlməsi riskinə diqqət çəkilir.
Böyük Britaniyanın maliyyə naziri Rishi Sunak ev təsərrüfatına əlavə dəstək vermək üçün addımlar atmaq üçün təzyiq altındadır. İqtisadçılar son açıqlanan dəstək paketini qeyri-kafi hesab edirlər.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















