Türk Lirəsi valyutasında “Bankkart” ilə onlayn alış-veriş etmək indi daha sərfəlidir!
Türkiyədə istirahət, alış-veriş etmək və təhsil almaq istəyən “Bankkart”ı əldə edə bilərlər, çox sərfəlidir.(®) Daim müştəri məmnuniyyətinə böyük önəm verən Ziraat Bank Azərbaycan, indi də Bankkart müştəriləri üçün aprel ayı ərzində VISA ilə əməkdaşlığı çərçivəsində kampaniya həyata keçirir.
Kampaniyaya əsasən 30 aprel 2022-ci il tarixinədək VISA “Bankkart” vasitəsilə Trendyol.com saytında alış-veriş edən müştərilər 600 TL-dən çox ödəniş etdiklərində 60 TL dəyərində endirim əldə edəcəklər.
Qeyd edək ki, Azərbaycanda bir ilk olan Türk Lirəsi valyutasında “Bankkart” ilə alış-veriş etmək bu kampaniyadan faydalanmaq istəyən müştərilərə daha çox üstünlük qazandıracaq. Belə ki, müştərilər TL valyutasında ödənişlərini Bankkart vasitəsilə reallaşdırarkən əlavə konvertasiya əməliyyatlarının baş tutmaması səbəbi ilə komissiya və konvertasiya itkilərindən də azad olurlar.
Sözügedən məhsul, Türkiyədə istirahət, alış-veriş etmək və təhsil almaq istəyən şəxslərə də əlavə imtiyazlar bəxş edir. Belə ki, kart əməliyyatlarında ikiqat konvertasiya xərcləri və komissiyadan azad olunmaqları ilə yanaşı müştərilər daha sərfəli şərtlərlə Türkiyədə nağdlaşdırma imkanı da qazanırlar. Qeyd edək ki, digər valyutada olan yerli bank kartları üzrə xaricdə nağdlaşdırma komissiyası minimum 1.5% təşkil edərkən, Ziraat Bankın Bankkart kartı ilə Ziraat Bank Türkiyə ATM-lərindən nağdlaşdırma komissiyası cəmi 0.5% (min. 10 TL) təşkil edir.
Ziraat Bank Azərbaycan Türk Lirəsi valyutasında “Bankkart”-ın əldə olunma şərtlərini də çox asandır. Belə ki, müştərilər Banka gəlmədən kart sifarişlərini onlayn qaydada həyata keçirə bilərlər. Onlayn kart sifarişi növbəti linkə keçid alaraq icra edilə bilər. Link: https://bit.ly/3NUwnNQ . Müştərilər, həmçinin karta vəsaitin mədaxilini də eManat terminalı vasitəsi ilə rahat icra edə bilərlər.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
6 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
6 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















