Rusiya təbii qazdan sonra digər məhsullar üçün də rublla ödəniş sisteminə keçməyə hazırlaşır
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya təbii qaz ixracatında tətbiq edilən rubl ödəniş sisteminin digər ixrac məhsullarında da tətbiq olunacağına əmindir.Rusiya təbii qazdan sonra digər məhsullar üçün də rublla ödəniş sisteminə keçməyə hazırlaşır.
Marja-nın məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya təbii qaz ixracatında tətbiq edilən rubl ödəniş sisteminin digər ixrac məhsullarında da tətbiq olunacağına əmindir.
Peskov Rusiyanın “Rossiya-1” dövlət kanalına verdiyi açıqlamalarında Rusiyaya qarşı sanksiyalar və Rusiya qazının ixracı üçün yeni tətbiq edilən rubl ödəmə sistemi ilə bağlı qiymətləndirmələr edib.
Rusiyaya qarşı tarixin ən əhatəli sanksiyalarının həyata keçirildiyinə diqqət çəkən Peskov, “Bu, beynəlxalq ödənişlərin onurğa sütunu olan dollar və avroya inamın aşınmasıdır və aşınma prosesi sürətlənir. Bu prosesi dayandırmaq olmaz, daha da artacaq”.
Rusiyanın təbii qaz ixracatından əldə edilən gəlirləri “ələ keçirməmək” üçün rubl ödəmə sisteminə keçdiklərinə diqqət çəkən Peskov, “Bu sistemin gələcəkdə digər mal qruplarına da tətbiq olunacağından şübhəm yoxdur. Xarici ticarət əlaqələrimizdə daha çox yer tutacaq”, -ifadələrdən istifadə edib.
“Rusiya üçün tam təcriddən söhbət gedə bilməz”
"Rusiyanın tam qlobal təcridindən söhbət gedə bilməz" deyən Peskov, “Müasir dünyada bu, texnoloji cəhətdən mümkün deyil və dünya Avropadan çox böyükdür. Rusiyanın özü də Avropadan çox böyükdür. Amma xaricdəkilər (ABŞ) bunu istəsələr də, istəməsələr də gec-tez biz dialoqa getməli olacağıq”, - deyib.
Londonun “cinayətkarlar və oğrular” üçün cənnətə çevrildiyini qeyd edən Peskov bildirib:
“Son 20 ildir ki, pul oğurlayan pis insanlar Londonda görüşürlər. Londonda bu oğrulara hörmət edirlər və oğurladıqları pulları xərcləyirlər. Həmin şəxslərin deportasiyası üçün hüquq-mühafizə orqanlarımızla heç bir əməkdaşlıq yoxdur. Bu şəhər, cinayətkarlar üçün əsl cənnətdir”.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















