Britaniya kəşfiyyatının rəhbəri: “Wagner” çox sayda personalını Ukraynaya göndərməyə hazırlaşır"
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı vəziyyəti yanlış mühakimə edib.
Böyük Britaniyanın GCHQ kəşfiyyat təşkilatının rəhbəri Ceremi Fleminq belə deyib.
“Getdikcə daha çox aydın olur ki, Putin vəziyyəti çox yanlış mühakimə edib. Aydındır ki, o, Ukrayna xalqının müqavimətini yanlış mühakimə edib. Biz ruh yüksəkliyi aşağı olan və silah çatışmazlığı ilə üzləşən rusiyalı əsgərlərin əmrləri icra etmədiyini, öz ləvazimatlarını qəsdən zədələdiyini və yanlışlıqla öz təyyarələrini vurduqlarını görürük”, - Fleminq bildirib.
O, Putinin müşavirlərinin ona həqiqəti deməkdən qorxduğunu düşündüyünü qeyd edib.
Fleminq vurğulayıb ki, Rusiya Ukraynada “Wagner” qrupu da daxil olmaqla, muzdlular və xarici döyüşçülərdən istifadə edir. O diqqətə çatdırıb ki, daha riskli əməliyyatlarda iştirak edən “Wagner” qrupu indi Rusiya tərəfdən döyüşməsi üçün çox sayda personalını Ukraynaya göndərməyə hazırlaşır: “Onlar digər münaqişələrdəki qüvvələrin yerdəyişməsini edirlər və saylarını artırmaq üçün yeni döyüşçülər cəlb edirlər. Bu döyüşçülərin Rusiyanın hərbi itkilərinin azaldılması üçün qurban kimi istifadə ediləcəyi ehtimal edilir”.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















