Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib

"AmCham Azərbaycan"da yeni dövr: Nuran Kərimov Prezident oldu. AmCham Azərbaycanda rəhbərlik dəyişdi – yeni Prezident seçildi
iç səhifə xəbər başlığı altı (mobil)_31
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

"AmCham Azərbaycan"ın 17 iyun 2026-cı il tarixində keçirilən İllik Ümumi Yığıncağı çərçivəsində Palatanın üzvləri tərəfindən 2026–2028-ci fəaliyyət dövrü üzrə yeni Prezident və İdarə Heyəti seçilib. Səsvermənin nəticələrinə əsasən, Deloitte şirkətinin İdarəedici Partnyoru Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib.  

Bu barədə Marja.az-a AmCham-dan bildirilib.

Qeyd edilib ki, Nuran Kərimovun rəhbərliyi altında fəaliyyət göstərəcək yeni idarə heyəti növbəti iki il ərzində "AmCham Azərbaycan"ın ölkədə əlverişli biznes və investisiya mühitinin təşviqi, dövlət-özəl sektor dialoqunun gücləndirilməsi, biznes ictimaiyyətinin maraqlarının müdafiəsi, eləcə də Azərbaycan və ABŞ arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək.

Nuran Kərimov, 2003-cü ildə Deloitte-a qoşularaq şirkətin Azərbaycandakı vergi praktikasının əsasını qoyub. O, peşəkar fəaliyyətinin böyük hissəsini yerli və beynəlxalq vergi məsələləri sahəsinə həsr edib. Cənab Kərimov müxtəlif vergi və biznes məsələləri üzrə həm beynəlxalq, həm də Azərbaycan şirkətlərinə, eləcə də fərdi müştərilərə məsləhət xidmətləri göstərilməsi sahəsində geniş təcrübəyə malikdir.

Deloitte-a qoşulmazdan əvvəl Nuran Kərimov Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilatlarda hüquq və vergi sahələri üzrə peşəkar kimi çalışıb. O, 2008-ci ildə partnyor, 2011-ci ildə isə pay sahibi partnyoru (Equity Partner) səviyyəsinə yüksəlib. Nuran Kərimov ABŞ-ın Corciya Universitetinin Hüquq Magistri (LL.M.) dərəcəsinə, həmçinin Rusiyanın Voronej Dövlət Universitetinin Hüquq üzrə bakalavr dərəcəsinə malikdir.

Qeyd edək ki, Nuran Kərimov "AmCham Azərbaycan"ın İdarə Heyətinin üzvü və Prezidenti kimi fəaliyyət göstərdiyi dövrlərdə uğurlu və səmərəli rəhbərlik təcrübəsi nümayiş etdirib və təşkilatın inkişafına mühüm töhfələr verib.

Nuran Kərimov ailəlidir, bir qızı və iki oğlu var.

"AmCham Azərbaycan" haqqında

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.

İş elanları AzVak.az-da

AmCham Azərbaycan Amerika Ticarət Palatası Nuran Kərimov Deloitte Azərbaycan Deloitte AmCham Prezidenti AmCham yeni Prezident AmCham İdarə Heyəti İllik Ümumi Yığıncaq AmCham AGM 2026 2026–2028 fəaliyyət dövrü biznes assosiasiyası Azərbaycan biznes mühiti investisiya mühiti dövlət-özəl sektor dialoqu Azərbaycan ABŞ iqtisadi əməkdaşlığı Azərbaycan ABŞ ticarət əlaqələri biznes ictimaiyyəti vergi məsləhətləri beynəlxalq vergi məsələləri yerli vergi məsələləri biznes məsləhətləri AmCham üzv şirkətləri Azərbaycanda Amerika Ticarət Palatası biznes platforması strateji əməkdaşlıq xarici investisiyalar iqtisadi əməkdaşlıq
19.06.2026 13:29
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19