Dünyanın ən böyük neft şirkətinin obyektlərinə raket zərbələri endirildi
Husilər Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücum ediblər. Dövlət şirkətinin Ciddədəki iki çəni, həmçinin Cizandakı Əl-Muxtara zavodu zədələnib. Energetika Nazirliyi Husilərin hərəkətlərinin qlobal enerji təhlükəsizliyini təhdid etdiyini bildiribYəmən husilərinin nümayəndəsi Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"nun Ciddədəki obyektlərinə raket zərbələri endirdiklərini açıqlayıb.
Marja xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya krallıq ərazisinin ballistik raketlərlə atəşə tutulduğunu və "Saudi Aramco" zavodunun ərazisinə ziyan dəydiyini təsdiqləyib.
Yəmənli husilərin Ciddə şəhərində dövlətə məxsus "Saudi Aramco" şirkətinin neft paylama stansiyasına hücumundan sonra ərəb koalisiyası hərbi cavab əməliyyatına başlayıb. Səudiyyə Ərəbistanı Yəmənin Səna və Hudeydə şəhərlərindəki "təhlükə mənbələrinə" hava zərbələri endirib.
"Məqsədimiz qlobal enerji mənbələrini düşmən hücumlarından və təhlükəsiz təchizat zəncirlərindən qorumaqdır", - koalisiyanın bəyanatında deyilir.
Husilərin "Saudi Aramco"ya hücumundan sonra iki çəndə yanğın başlayıb. Yanğın söndürülüb, ölən yoxdur.
Ümumilikdə Səudiyyə Ərəbistanı 16 hücum qeydə alıb.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi İran tərəfindən dəstəklənən husilərin hücumları səbəbindən dünya bazarlarına neft tədarükü çatışmazlığına görə ölkənin məsuliyyət daşımayacağını vurğulayıb. Agentlik hesab edib ki, hücumların məqsədi dünyada enerji təhlükəsizliyini pozmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















