Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bu il güzəştli kreditin 99,3%-i regionlardakı sahibkarlara verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il güzəştli kreditin 99,3%-i regionlardakı sahibkarlara verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu ilin ötən dövründə Fond tərəfindən sahibkarlıq subyektlərinin 153 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,6 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlər 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Reklam_3_11

Cari ilin ötən dövrü ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin təsnifatında istehsal, emal və xidmət sahələri xüsusi yer tutub. Güzəştli kreditlərin layihə sayı üzrə 92,8%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 5,9%-i sənaye məhsullarının istehsalı və emalı, 1,3%-i isə xidmət sahələrinin inkişafının payına düşüb. Kreditlərin məbləğ üzrə 36,1%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 15%-i sənaye məhsullarının istehsalı və emalı, 48,9%-i isə xidmət sahələrinin inkişafına yönəldilib.

Bu ilin ötən dövründə  verilmiş güzəştli kreditlərdə regionların payı ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, kreditlərin layihə sayı üzrə 0,7%-i Bakı şəhəri, 99,3%-i isə digər regionların payına düşüb. Məbləğ üzrə kreditlərin 0,3%-i Bakı şəhərində, 99,7%-i digər regionlarda fəaliyyət göstərən sahibkarlara verilib.

Qeyd edək ki, 2022-ci ildə güzəştli kreditlərin verilməsində aqrar sektorda istehsal və emal, qeyri-neft sənayesi sahələrinin inkişafı, turizm, tikinti, qədim xalq sənətinin müxtəlif istiqamətlər üzrə inkişafı, startaplar, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və s. sahələrin inkişafına xidmət edən layihələrin dəstəklənməsi prioritet istiqamətlər kimi müəyyən olunub.

Bundan əlavə, bu ildən etibarən Fond tərəfindən layihələrin qiymətləndirilməsi zamanı üstünlük veriləcək meyarlar da müəyyəşdirilib. Bu meyarlara əsasən, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, ətraf mühit, sosial və korporativ idarəetmə faktorlarına əsaslanan, idxaləvəzləyici və ixrac yönümlü istehsal və emala yönələn və s. biznes layihələrinin maliyyələşdirilməsinə xüsusi diqqət yetiriləcəkdir.

17.03.2022 12:34
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18