"Rusiya ordusu Ukraynadakı 74 hərbi obyekti sıradan çıxarıb, 14 ukraynalı əsgər təslim olub"
Rusiyanın Donbass sakinlərinin müdafiəsi üçün keçirdiyi xüsusi əməliyyat zamanı 14 ukraynalı əsgər təslim olub.
Xüsusi əməliyyat zamanı Rusiya hərbçilərinin endirdiyi zərbələr nəticəsində Ukrayna silahlı qüvvələrinin 11 aerodromu, üç komanda məntəqəsi, S-300 və Buk-M1 zenit-raket komplekslərinin 18 radar stansiyası sıradan çıxarılıb”, - deyə Rusiya Müdafiə Nazirliyi rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Ümumilikdə, Ukraynanın hərbi infrastrukturunun 74 yerüstü obyekti sıradan çıxıb.
Əməliyyat zamanı yer hədəflərindən əlavə, Ukrayna hərbçilərinin istifadə etdiyi bir döyüş helikopteri və 4 ədəd Bayraktar TB-2 pilotsuz aparatı vurulub.
“Rusiya Federasiyası Silahlı Qüvvələrinin zərbələri nə Ukrayna şəhərlərinə, nə də hərbi qarnizonlardakı sosial obyektlərə endirilib”, - o bildirib.
Konaşenkovun sözlərinə görə, "Donetsk" və "Luqansk" Xalq Respublikalarının (qondarma - red) qoşunları Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə əks-hücum əməliyyatlarını davam etdirir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bütün komandirlərə Ukrayna hərbçilərinə hörmətlə yanaşmağı əmr edib.
"Xüsusi əməliyyat zamanı 14 ukraynalı əsgər təslim olub, onlardan növbəti silahlı müqavimətdən imtina barədə fərmanı imzalamaları istəniləcək", - Müdafiə Nazirliyi bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























