Rusiyada meyvə qıtlığı yaranıb
Rusiya Kənd Təsərrüfatı Bankının məlumatına görə, ölkədə rəflərdə olan bütün məhsulların 58%-ni təşkil edən idxal təchizatı ilə bağlı problemlərə görə, Rusiya pərakəndə satış şirkətləri meyvə qıtlığı ilə üzləşib.
Marja “Vedomosti”yə istinadən xəbər verir ki, portağal, üzüm, bibər, nar və digər tərəvəz və meyvələrin olduğu yüzlərlə konteyner limanlarda ilişib qalıb və "Rospotrebnadzor"un (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) yoxlamasını gözləyir.
Dörd pərakəndə satış şəbəkəsinin nümayəndələri bildiriblər ki, malların rəsmiləşdirilməsində gecikmələr bir həftədən üç həftəyə qədər davam edir, buna görə mallar xarab olur və bəzi mövqelər üçün artıq çatışmazlıq yaranır.
"Səbəb "Rospotrebnadzor"un kənd təsərrüfatı məhsullarının idxalına nəzarətini gücləndirməsidir, buna görə də gömrükdə karantin və yoxlama müddəti artıb", - "Krasnıy Yar Group"un (Красный Яр) kommersiya direktoru qeyd edir.
“Vedomosti”yə federal məmur bildirib ki, hakimiyyət artıq problemdən xəbərdardır. "Vernıy" ("Верный") şəbəkəsinin nümayəndəsinin sözlərinə görə, gecikmələr əsasən portağal, limon, qreypfrut və türk naringilərinə aiddir.
Bütövlükdə bazarda bu meyvələrin qıtlığının olduğunu və bunun fonunda tədarükçülərin alış qiymətlərini 3 dəfə artırdığını deyir.
Xüsusilə Türkiyədən gələn məhsullara xüsusi nəzarət tətbiq edilib. 88 istehsalçının meyvə-tərəvəz tədarükü dayandırılıb. "Rospotrebnadzor" bildirib ki, o, tərkibində “bəyan edilməmiş kimyəvi maddələr” ola bilən təhlükəli məhsulların dövriyyəsinə nəzarət edir.
Federal Gömrük Xidmətinin məlumatına görə, son bir ildə Rusiya əsasən qeyri-MDB ölkələrindən 33,9 milyard dollar dəyərində ərzaq idxal edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)






