Bakı Konqres Mərkəzi üçüncü dəfə Avropanın ən yaxşı konqres mərkəzi seçilib
Maliyyə Nazirliyinin tabeliyindəki Bakı Konqres Mərkəzi "Görüşlər Ulduzu 2021" ("Meetings Star Award") mükafatının Yeni Avropada “Ən yaxşı konqres mərkəzləri” nominasiyası üzrə qalib olub. Həmçinin 29 məşhur konqres mərkəzi arasında aparılan qiymətləndirmə nəticəsində yüksək nəticə ilə “Qızıl Konqres Mərkəzi” kateqoriyasında yer alıb.
Tədbirlər sənayesinin məşhur nümayəndələri beynəlxalq “Kongres” jurnalının keyfiyyət qiymətləndirmə sisteminə əsasən (tədbir məkanı, davamlılıq, akustika və səs sistemləri, kommunikasiya, müştəri xidmətləri və sair) müxtəlif nominasiyalar üzrə qiymətləndirilib. “Conventa” layihəsi çərçivəsində keçirilən müsabiqədə qalib “Gizli Konqres Qonağı” kimi tanınan alqoritm vasitəsi ilə seçilib.
Bakı Konqres Mərkəzi 2019-cu və 2020-ci illərdə də eyni nominasiya üzrə qalib olub.
Məlumat üçün bildirək ki, "Conventa" layihəsi Avropada geniş təcrübəyə və tədbirlər sənayesindəki trendləri təqdim etmə potensialına malik yeganə platformadır. Layihənin “Görüşlər Ulduzu Mükafatı” tədbir məkanlarının qiymətləndirilməsində ən populyar və etibarlı meyar hesab olunur.
Artıq 3-cü dəfədir ki, Avropanın ən yaxşısı seçilən Bakı Konqres Mərkəzi ümumi tutumu 6000 nəfər olan və müasir avadanlıqlarla tam təchiz edilmiş 17 konfrans və əsas Auditoriya zalına malik beynəlxalq səviyyədə istənilən növ tədbirlərin keçirilməsi üçün bütün texniki parametrlərə cavab verən innovativ tədbirlər məkanıdır.
Mərkəzdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü, Dünya Dini Liderlərinin ll Bakı Sammiti, BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası, YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası və s. kimi irimiqyaslı tədbirlər keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























