“Azərpoçt”un yeni çatdırılma xidmətinə böyük maraq - AYLIQ ÇATDIRMA 1000-İ KEÇİB
“Azərpoçt” MMC “Logistika” xidmətinin əhatə dairəsini genişləndirir. Qurum yaxın zamanda aylıq xidmət həcminin 5 min çatdırmaya qədər yüksələcəyini proqnozlaşdırır.
“Azərpoçt” MMC-nin “Sədərək” Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə çatdırılmasını təmin edən “Logistika” xidməti artan templə inkişaf edir. İstifadəyə verildiyi 4 ay ərzində layihə çərçivəsində daşımaların həcmi 10 dəfədən çox artıb.
Bu barədə Marja-ya Azərpoçt-un İctimaiyyətlə əlaqələr şöbəsinindən bildirilirb.
Qeyd edilib ki, “Logistika” xidməti 2021-ci ilin oktyabrında koronavirus (COVID-19) pandemiyası şəraitində sahibkar və alıcıların rahatlığını təmin etmək, eyni zamanda ölkədə onlayn alış-verişə dəstək məqsədilə yaradılıb.
"Xidmətin fəaliyyətə başladığı ilk ay ərzində cəmi 95 daşıma həyata keçirilsə də, hazırda aylıq çatdırmanın sayı 1000-dən artıqdır. Bu da “Azərpoçt” MMC-nin bazarda olan tələbatı doğru təhlil edərək, satıcı və alıcılara optimal həll təklif etdiyini göstərir. Ötən 4 ayın göstəricilərinə əsasən, qurum yaxın zamanda aylıq xidmət həcminin 5 min çatdırmaya qədər yüksələcəyini proqnozlaşdırır.
“Logistika” xidmətindən istifadə etmək istəyən mağaza sahibləri “Sədərək” Ticarət Mərkəzinin “Elit 2” korpusunun 2-ci mərtəbəsində yerləşən “Azərpoçt” məntəqəsinə yaxınlaşa bilərlər", - məlumatda deyilir
Xatırladaq ki, “Azərpoçt” MMC ötən il “Logistika” xidməti ilə yanaşı, sahibkarların məhsullarının “Azərpoçt” şöbələrində vətəndaşlara təqdim olunmasını nəzərdə tutan “Retail” xidmətini də istifadəyə vermiş və qarşılıqlı əməkdaşlıqdan yüksək nəticələr əldə etmişdi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
20 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
21 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
