“Azərsu” geyimində vətəndaşları aldadan şəxs peyda olub - VİDEO
Bakı şəhəri Səbail rayonu ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub. Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən, “Azərsu” ASC-yə məxsus geyimdə olan həmin şəxs M.Hüseyn küçəsindəki geyim mağazasında su sayğacının düzgün quraşdırılmadığını obyekt sahibinə bildirərək onun yuyulub təmizlənməsi və düzgün quraşdırılmasına görə 80 manat tələb etmiş və həmin məbləği alıb. Həmin şəxslə təkrar əlaqə yaratmaq istədikdə isə onun təqdim etdiyi telefon nömrəsinin işləmədiyi məlum olub. Bundan sonra obyekt sahibi məsələ ilə bağlı “Azərsu” ASC-nin Səbail rayon sukanal idarəsinə müraciət edib. Aşkar olunmuş hal üzrə faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək.
“Azərsu” ASC bir daha abonentlərin diqqətinə çatdırır ki, “Azərsu” ASC əməkdaşlarından vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə və yerli sukanal idarələrinə məlumat versinlər. Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə, qeyri-əhali abonentləri texniki şərtə və sayğacların quraşdırılmasına görə ödəmələri azersu.az saytı, e-su.az portalı, bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























