Bugündən Azərbaycanda yeni "həyacan və əyləncə" başlayır
"Azərlotoreya" şirkəti yeni məhsullarını (şans və mərc oyunlarını) təklif edəcək. Təklif olunacaq yeni məhsullardan biri “Misli”dir. Bu mərc oyunu Türkiyədə çox məşhurdur. “Misli” futboldan at yarışlarına qədər mərc etmək imkanını təqdim edir.
Marja.az xəbər verir ki, artıq www.misli.az saytı da hazırlanıb. Saytda qeyd edilib ki, Misli.az "Azerlotereya" ASC-nin idman yarışlarına əsaslanan sabit ehtimallı mərc oyunlarını dünya standartlarında müştərilərə təklif edən rəsmi onlayn mərc məhsuludur. "Azerlotereya" ASC Avstriyanın nüfuzlu şirkətlərindən olan “Scientific Games International GmbH” və Türkiyə Respublikasının nüfuzlu “Şans Girişim Ortak Girişimi” şirkətləri ilə biznes tərəfdaşı olaraq, bir sıra maraqlı məhsulları müştərilərinə təklif edir.
www.misli.az veb-saytı ilə bərabər “İOS” və “Android” əməliyyat sistemlərini dəstəkləyən ağıllı telefonlardan misli.az-a rahat və sürətli şəkildə üzv olub mərc etmək mümkün olacaqdır.
Saytda bildirilir ki, "Azerlotereya" ASC-nin idman yarışlarına əsaslanan sabit ehtimallı mərc oyunlarını təklif edən rəsmi onlayn mərc məhsulu olan "Misli.az Mərc", futbol, basketbol, voleybol, həndbol, tennis, və s. kimi idman növlərində oynanan liqalar və/və ya turnirlərdəki matçların nəticələrini dəqiq proqnozlaşdırma əsaslı oyundur. İdman mərc oyununda matç başlamazdan əvvəl proqnoz vermək, həmçinin bəzi idman hadisələri üçün canlı mərc etmək, yəni matç başlayandan sonra proqnoz vermək mümkündür. Xüsusən Matç nəticəsi, 2,5-dən Az / Üst, Yarım Taym /Matç Nəticəsi və bir çox müxtəlif mərc oyunları var.
Mərc oyunlarını ən azı 18 yaşı tamam olan şəxslər oynaya bilər. Mərc oyunlarını Azərbaycan vətəndaşları və müvəqqəti şəxsiyyət vəsiqəsi olan xarici vətəndaşlar oynaya bilər.
Qeyd edək ki, 2021-ci ildə “Azərlotereya” Türkiyənin “Demirören Holding” şirkəti tərəfindən idarəetməyə götürülüb. "Demirören Holding" media, turizm, təhsil və şans oyunları sektorunda Türkiyənin aparıcı şirkətlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)







