Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzində ixtisasların sayı artırılıb
Yanvarın 12-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzinə media-tur təşkil edilib.
Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Yadullah Babayev media nümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında məlumat verib.
Vurğulanıb ki, 2020-ci ilin 14 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Peşə Təhsil Mərkəzinin açılışı olub. 6 korpusdan ibarət olan Mərkəz 500 nəfər tələbənin təhsil alması üçün nəzərdə tutulub. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, kitabxana, kompüter otağı, akt zalı, yeməkxana, idman zalı və inzibati otaqlar var.
Peşə Təhsil Mərkəzi Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılmış ilk təhsil müəssisəsidir və sənaye müəssisələrinin tam əhatəsində yerləşir. Təhsil müəssisəsinin tələbələri mütəmadi olaraq bu sənaye müəssisələrində təcrübə-dərs proqramlarında iştirak edir və nəzəri biliklərini praktik əsaslarla təkmilləşdirirlər. Mərkəzdə çalışan müəllimlərin əksəriyyəti bu sənaye müəssisələrinin peşəkar mühəndisləridir.
İlk tədris ilində (2020-2021-ci illər) Peşə Təhsil Mərkəzində 5 ixtisas üzrə kadr hazırlığı həyata keçirilirdisə, 2021-2022-ci tədris ilində kadr hazırlığı aparılan ixtisasların sayı 8-ə çatdırılıb. Hazırda Peşə Təhsil Mərkəzində torna və frezer dəzgahların, proqramla idarə olunan dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, avtomatika üzrə usta, aqroservis mütəxəssisi, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, veb dizayner və proqram təminatçısı ixtisasları üzrə 150-dən çox tələbə təhsil alır. Təhsil müddəti 1 ildir və qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edirlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər.
Peşə Təhsil Mərkəzi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir. Mərkəzin savadlı və təcrübi dərslərdə fəal olan tələbələrin əməkdaşlıq edilən sənaye müəssisələrində işlə təmin olunması üçün müvafiq tədbirlər görülür.
KİV nümayəndələri Peşə Təhsil Mərkəzində yaradılan şərait, dərs prosesi, laboratoriyalar və s. tanış olub, tələbələrin Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-də keçdikləri təcrübə proqramında iştirak ediblər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 13 saat sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















