“Azenko” zərər ilə işləyib
Energetika obyektlərinin təmir-tikintisi ilə məşğul olan “Azenko” ASC 2020-ci ili 3 milyon 721 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 11 milyon 741 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, “Azenko” şirkətinin əsas gəlirləri 2020-ci ildə 2019-cu illə müqayisədə 16 milyon 183 min manat və ya 40% azalaraq 24 milyon 47 min manata düşüb. Şirkət 2019-cu ildə 40 milyon 231 min manat gəlir əldə etmişdi.
Ötən il gəlirlərin 40% azalmasına qarşılıq satışın maya dəyəri 6 milyon 11 min manat və ya 29% artaraq 26 milyon 600 min manata yüksəlib. 2019-cu ildə Azenko” şirkətinində satışın maya dəyəri 20 milyon 590 min manat təşkil etmişdi.
2019-cu illə müqayisədə 2020-ci ildə “Azenko” ASC-nin maliyyə gəlirləri 84 dəfə artaraq 814 min 875 manata yüksəlib, sair gəlirləri isə 27,5 dəfə azalaraq 4 milyon 837 min manata düşüb. 2019-cu ildə şirkətin maliyyə gəlirləri 9 min 605 manat, sair gəlirləri 132 milyon 772 min manat təşkil etmişdi.
Şirkətin inzibati və digər əməliyyat xərcləri 21 dəfə azalaraq 6 milyon 733 min manata düşüb. 2019-cu ildə “Azenko”nun inzibati və digər əməliyyat xərcləri 139 milyon 862 min manat təşkil etmişdi.
“Azenko” ASC 2020-ci ilin sonunda 254 milyon 50 min manat cəmi aktivlərə malik olub. 2019-cu ilin sonunda şirkətin cəmi aktivləri 278 milyon 74 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















