"Azərbaycan Dəmir Yolları"nın sərnişin daşımaları üzrə gəlirləri 5 dəfə azalıb
"Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin daşımaları üzrə gəlirləri 2020-ci ildə 2019-cu illə müqayisədə 5 dəfə azalaraq 4 milyon 254 milyon manat təşkil edib. Dövlət şirkəti 2019-cu ildə sərnişin daşımaları üzrə 21 milyon 50 min manat gəlir əldə etmişdi. Bu istiqamətdə gəlirlərin kəskin azalmasının səbəbi koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş sərt karantin rejimidir.
Marja.az "Azərbaycan Dəmir Yolları"nın maliyyə hesabatına istinadən xəbər verir ki, yük daşınması üzrə gəlirlər 1,9% artaraq 319 milyon 240 min manat, tikinti işləri üzrə gəlirlər 2,5 dəfə artaraq 55 milyon 341 min manat təşkil edib. Digər gəlirlər isə 11,8% azalaraq 43 milyon 464 min manata düşüb.
"Azərbaycan Dəmir Yolları" 2020-ci ili 516 milyon 187 min manat xalis zərər ilə başa vurub. Zərərin 146 milyon 837 min manatı xarici valyuta ilə əməliyyatlar üzrə və 193 milyon 996 min manatı əmlak, tikili və avadanlıqların qiymətdən düşməsi üzrədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























