Pndemiyada baş verən ölümlər həyat sığortası şirkətlərinə mənfi təsir edib
"COVİD 19 pandemiyası bütün sferalarda olduğu kimi, sığorta şirkətlərinə də öz mənfi təsirlərini göstərib.
Bunu Azərbaycanın sığorta bazarına yeni daxil olmuş “Meqa Həyat Sığorta" ASC-nin İdarə Heyəti sədrinin sığorta məsələləri üzrə müavini Emil Ağamaliyev bildirib.
O qeyd edib ki, 2020-ci ildə həyatın ölüm halından sığorta sinifi üzrə həyat sığorta şirkətləri ümümilikdə 5 mln manata yaxın sığorta ödənişi etmişdir və bu ödənişlərin tərkibində digər risklərlə yanaşı pandemiya nəticəsində baş verən hadisələr də mövcuddur. 2018-2019-ci illərdə isə bu göstərici müvafiq olaraq 1 milyon 600 min və 1 milyon 250 min manat təşkil edirdi.
"Pandemiyanın sığorta biznesinə mənfi təsirinin azaldılması məqsədilə sığorta şirkətləri adekvat addımlar atdı, bir çox şirkətlərdə proseslərin avtomatlaşdırılması ön plana çıxdı, proqram təminatları daha da təkmilləşdi, məsafədən iş praktikası tətbiq olunmağa başladı, bəzi sığorta şirkətlərində yeni sığorta məhsulları yarandı, həmçinin risklərdən daha etibarlı şəkildə qorunmaq üçün təkrarsığorta strategiyaları yenidən nəzərdən keçirildi.
Təkrarsığorta ilə bağlı qeyd edim ki, “Meqa Həyat Sığorta” həyat sığortası risklərinin təkrarsığortası üzrə Amerikanın “General Reinsurance Corporation” (GenRe) şirkəti ilə əməkdaşlıq edir. Şirkətlərimiz arasında bağlanmış obliqator təkrarsığorta müqaviləsinə əsasən “Meqa Həyat Sığorta”nın sığortaladığı risklərin bir hissəsi avtomatik "GenRe" təkrarsığorta şirkətinə ötürülür. Obliqator təkrarsığorta müqaviləsi pandemiya kimi kütləvi sığorta ödənişləri tələb edən hadisələr zamanı şirkətimizin maliyyə sabitliyinin qorunmasında və müştərilərimiz qarşısında öhdəliklərimizin tam olaraq yerinə yetirilməsində mühüm rol oynayır", - Emil Ağamaliyev əlavə edib.
Həyat sığortası üzrə sığorta bazarında fəaliyyət göstərən sığorta şirkətlərinin sayının 5-ə çatmasına baxmayaraq "Rəqabətə həmişə hazırıq" deyən Emil Ağamaliyev əsas hədəflərini də açıqlayıb: "İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə bizim əsas hədəflərimizdən biri təqdim etdiyimiz sığorta xidmətlərinin maksimum avtomatlaşdırılması, müştərilərin sığorta əməliyyatlarını rahat formada onlayn vasitələrlə həll etməsi imkanlarını yaratmaqdır".
“Meqa Həyat Sığorta"nın səhmdarı 100% “Meqa Sığorta”dır. Bu şirkət 10 ildən çoxdur qeyri-həyat sığorta bazarında fəaliyyət göstərir.
Həyat sığorta sektorunun yığılan sığorta haqlarına nəzər salsaq görərik ki, 5 il əvvəl həyat sığortası üzrə yığımlar ümumi sığorta bazarının təxminən 30%-ni təşkil edirdisə, 2020-ci ildə həyat sığorta şirkətlərinin ümumi yığımlarda payı 42%-ə yüksəlmişdir.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 28 d. əvvəl
-
47 d. əvvəl
"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv olunur
- 55 d. əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
13 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“Bank BTB”nin əməliyyat mənfəəti 11 faizdən çox artıb
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
Ən çox oxunanlar
Trampdan Davosda mühüm açıqlamalar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb

















