Aqrar Sığorta Fondu və Dövlət Aqrar Universiteti əməkdaşlığa başlayır
Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu və kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması üzrə ölkənin aparıcı ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universiteti birgə əməkdaşlığa başlayıb.
Gəncədə Aqrar Sığorta Fondu (ASF) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əməkdaşlıq barədə memorandum imzalanıb.
ASF-ın yaydığı məlumatda bildirilir ki, ADAU-nun rektoru İbrahim Cəfərov və Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovun imzaladığı memorandum qurumlar arasında müxtəlif sahələrdə əməkdaşlığı – məlumat mübadiləsini, tələbələr üçün təcrübə proqramları və aqrar sığorta sistemində ADAU-nun məzunlarına işlə təmin olunma imkanının yaradılmasını nəzərdə tutur.
Sənədə əsasən qurumlar təhsil və aqrar sığorta sahələrində müasir texnologiyalar və innovasiyalar sahəsində əməkdaşlıq edəcəklər, tərəflərin nümayəndələrinin iştirakı ilə birgə layihə və tədqiqatlar həyata keçiriləcək, konfranslar, təlimlər və seminarlar təşkil olunacaq, ictimai əhəmiyyət kəsb edən təşəbbüslər birgə dəstəklənəcək. Memorandum ADAU-nun tələbələrinin Aqrar Sığorta Fondunda və tərəfdaş şirkətlərdə istehsalat və yay təcrübələrində iştirakını, müvafiq sertifikatla təmni edilməsini nəzərdə tutur. Bundan başqa, universiteti bitirmiş məzunların və xüsusi istedadlı tələbələrin Aqrar sığorta sistemində (Aqrar Sığorta Fondu və sistemin üzvü olan 8 Sığorta şirkətində) işlə təmin edilməsi üçün imkanlar yaradılacaq.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov aqrar sığortanın əhəmiyyətinə toxunub. Rektor bildirib ki, imzalanma iki qurum arasında böyük əməkdaşlığın başlanğıcıdır və ADAU-nin kollektivi aqrar sığortanın təbliği, bu sahənin inkişafı üçün tələb olunan işləri yerinə yetirməyə hazırdır.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov ölkədə aqrar sığortanın əhatə dairəsinin sürətlə genişləndiyini, sığorta haqlarının 50%-nin dövlət tərəfindən ödənildiyini bildirib. Fond rəhbəri aqrar sığorta sistemində ADAU-nun tələbələri üçün geniş imkanların olduğunu bildirərək buna müstəqil aqrar sığorta ekspertləri institutunu nümunə göstərib. Hazırda belə ekspertlər yüksək məbləğdə - ayda 5-7 min manat, bəzən 10 min manata yaxın ödəniş əldə edirlər və belə mütəxəssislərə ölkənin bütün ərazilərində ehtiyac var.
Tədbirdə çıxış edən ADAU-nun «Maliyyə və iqtisadi nəzəriyyə» kafedrasının müdiri Məhərrəm Hüseynov ölkəmizdə aqrar sığortanın tətbiqini kənd təsərrüfatı və maliyyə-sığorta sistemi üçün mühüm yenilik adlandırıb. O, aqrar sığortanın əhatə dairəsinin genişlənməsini, eləcə də gələcəkdə indeks əsaslı sığotaya keçidin də vacib olduğunu qeyd edib. Yeri gəlmişkən, artıq yaxın günlərdə aqrar sığortanın əhatə etdiyi risklər və predmetlərin siyahısı genişləndiriləcək.
İmzalanma mərasimində ADAU-nun tələbələri aqrar sığorta, müstəqil ekspertlərin fəaliyyəti və digər məsələlərlə bağlı ASF rəsmilərinə çoxsaylı suallar ünvanlayıb və ətraflı cavablar alıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 28 d. sonra
-
-
9 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 38 d. əvvəl
- 51 d. əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
2 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp və SOCAR saziş imzaladı
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında





















