Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda kredit kartları maaş kartlarından daha çox artıb

9 ayda ödəniş kartlarının ümumi say 2 milyon ədədə yaxın artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda kredit kartları maaş kartlarından daha çox artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda ödəniş kartlarının artması 2021-ci ilin sentyabr ayında da davam edib. 

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ödəniş kartlarının ümumi sayı Avqust ayının sonu ilə müqayisədə sentyabr ayı ərzində 173 min ədəd artaraq 10 milyon 429 min ədədə çatıb.  

Reklam_3_11

2020-ci ilin sonu ilə müqayisədə 9 ay ərzində ödəniş kartlarının ümumi say 1 milyon 199 min ədəd artıb.

Sentyabr ayında sosial kartların sayı 6 min ədəd azalaraq 3 milyon 396 min ədədə düşüb. Əməkhaqqı kartlarının sayı 9 min ədəd artaraq 2 milyon 606 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 141 min ədəd artaraq 3 milyon 124 min ədədə, kredit kartlarının sayı isə 28 min ədəd artaraq 1 milyon 303 min ədədə çatıb.

Cari ilin 9 ayı ərzində (yanvar-sentyabr dövründə) sosial kartların sayı 47 min ədəd azalıb, əməkhaqqı kartlarının sayı 105 min ədəd, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 931 min ədəd, kredit kartlarının sayı isə 210  min ədəd artıb. 

Qeyd edək ki, 2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artmışdır. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi.

2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 210 min ədəd artmışdı.

maaş kartları kredit kartları kartlar
25.10.2021 08:32

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18