Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür

Yeni iplik istehsalı fabrikinin yaradılması müzakirə olunub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı və məşğulluğun artırılması istiqamətində kənd təsərrüfatı və sənayenin rolunu vurğulayaraq bildirmişdir: "Elə etməliyik ki, kənddən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Və bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar."

Ölkə rəhbərinin bu strateji çağırışına və şəhərlərdən bölgələrə qayıdış fəlsəfəsinə dəstək olaraq, Azərbaycanın pambıqçılıq və tekstil sənayesinin aparıcı şirkətlərindən biri olan "Prime Cotton" Bakı şəhərində yerləşən baş ofisini Mingəçevir şəhərinə köçürmək barədə qərar qəbul edib.

Bu qərar yalnız inzibati dəyişiklik deyil, regionların iqtisadi potensialının gücləndirilməsinə, sənaye fəaliyyətinin istehsal mərkəzlərinə daha da yaxınlaşdırılmasına və yerli kadrların məşğulluğunun artırılmasına xidmət edən mühüm strateji addımdır.

Bu çərçivədə, 12 iyun 2026-cı il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilə "Prime Cotton" şirkətinin Baş İcraçı Direktoru Tural Əlizadə arasında görüş keçirilib. Görüşdə həmçinin Mingəçevir Tekstil Parkının direktoru Əli Əsədov və "Prime Cotton" şirkətinin Müşahidə Şurasının üzvü Haşim Əliyev iştirak ediblər.

Görüş zamanı tərəflər şirkətin fəaliyyəti, istehsal potensialı, mövcud sənaye infrastrukturu və Mingəçevirin iqtisadi inkişafına verilə biləcək töhfələr ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Prime Cotton Azərbaycanın pambıqçılıq və tekstil sənayesində aparıcı mövqeyə malikdir. Şirkətə məxsus Mingəçevir Tekstil İplik Fabriki Qafqazın ən böyük iplik istehsalı müəssisələrindən biri olmaqla regionun sənaye potensialının formalaşmasında və məşğulluğun artırılmasında mühüm rol oynayır.

Görüşdə Mingəçevirdə sənaye istehsalının daha da genişləndirilməsi məqsədilə yeni investisiya layihələri, o cümlədən yeni iplik istehsalı fabrikinin yaradılması perspektivləri müzakirə olunub. Bildirilib ki, layihənin həyata keçirilməsi yeni iş yerlərinin açılmasına, şəhərin iqtisadi inkişafına, ixrac potensialının artırılmasına və qeyri-neft sənayesinin daha da güclənməsinə mühüm töhfə verəcək.

"Prime Cotton" rəhbərliyi vurğulayıb ki, baş ofisin Mingəçevirə köçürülməsi qərarı regionlarda iqtisadi fəallığın artırılması, yüksək ixtisaslı kadrların bölgələrdə fəaliyyətinin təşviq olunması və sənaye ekosisteminin inkişafına əlavə dəstək göstərilməsi məqsədi daşıyır.

Tərəflər gələcək əməkdaşlıq imkanları, investisiya perspektivləri və şəhərin sosial-iqtisadi inkişafına xidmət edə biləcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Həmçinin birgə layihələrin həyata keçirilməsi, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş konstruktiv şəraitdə keçib və gələcək əməkdaşlığın inkişafına dair ilkin razılaşmalar əldə olunub.

Prime Cotton Prime Cotton Mingəçevir Prime Cotton baş ofisi Prime Cotton baş ofisini Mingəçevirə köçürür Mingəçevir Tekstil Parkı Mingəçevir Tekstil İplik Fabriki pambıqçılıq sənayesi tekstil sənayesi iplik istehsalı yeni iplik fabriki Mingəçevir sənayesi Mingəçevir iqtisadi inkişaf regionların sosial-iqtisadi inkişafı bölgələrdə məşğulluq kənd təsərrüfatı və sənaye İlham Əliyev regionların inkişafı şəhərlərdən kəndlərə qayıdış bölgələrə qayıdış regional inkişaf strategiyası qeyri-neft sənayesi ixrac potensialı yeni investisiya layihələri sənaye investisiyaları yerli kadrların məşğulluğu Mingəçevirdə yeni iş yerləri pambıqçılıq və tekstil sektoru Qafqazın ən böyük iplik fabriki Tural Əlizadə İlham İsmayılov Əli Əsədov Haşim Əliyev Mingəçevir Şəhər İcra Hakimiyyəti sənaye ekosistemi istehsal potensialı sənaye infrastrukturu regionlarda iqtisadi fəallıq Azərbaycanın tekstil sənayesi pambıq istehsalı tekstil ixracı
14.06.2026 21:36
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19