Bu bankın xalis mənfəəti 3 dəfəyə yaxın artıb - MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
“Bank BTB” ASC 2021-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 1 miylon 174 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. “Bank BTB” 2020-ci ilin 9 ayını 442 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin artması aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatdan azad olmuş vəsaitin hesabınadır.
QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB
Marja Bankı maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında "Bank BTB"nin cəmi əməliyyat gəlirləri 22 milyon 395 min manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 544 min manat və ya 2,4% azdır. 2020-ci ilin 9 ayında "Bank BTB"nin cəmi əməliyyat gəlirləri 22 milyon 939 min manat təşkil etmişdi. Bankın faiz gəlirləri 865 min manat azalaraq 18 milyon 870 min manata düşüb, qeyri-faiz gəlirləri isə 321 min manat artaraq 3 milyon 525 min manata yüksəlib. 2020-ci ilin 9 ayında "Bank BTB"nin faiz gəlirləri 19 milyon 735 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 204 min manat təşkil etmişdi.
QEYRİ-FAİZ XƏRCLƏRİ AZALIB
2021-ci ilin 9 ayında "Bank BTB"nin 21 milyon 538 min manat təşkil etmiş əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2021-ci ilin 9 ayında 22 milyon 332 min manata çatıb (794 min manat artıb). Bankın faiz xərcləri 1 milyon 125 min manat artaraq 11 milyon 500 min manata yüksəlib, qeyri-faiz xərcləri isə 331 min manat azalaraq 10 milyon 832 min manata düşüb.
Gəlirlər 544 min manat azaldığından və xərclər 794 min manat artdığından "Bank BTB"nin əməliyyat mənfəəti 22 dəfədən çox azalaraq 2020-ci ilin 9 ayındakı 1 milyon 401 min manatdan 2021-ci ilin 9 ayında 62 min manata düşüb. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 1 milyon 111 min manat mənfəətə əlavə edilib və mənfəət 1 milyon 174 min manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Bank BTB 1 milyon 401 min manat əməliyyat mənfəətindən 959 min manat ehtiyatın yaradılmasına ayırmış və həmin dövrü 442 min manat xalis mənfəət ilə bağlamışdı. Ehtimal olunan mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatın bir hissəsinin azad olması Bank BTB-də qeyri-işlək kreditlərin azaldığına işarədir.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
30 Sentyabr 2021-ci il tarixində Bank BTB 363 milyon 503 min manat cəmi aktivlərə, o cümlədən 246 milyon 936 min manat müştərilərə verilmiş kreditlərə ( xalis kredit portfeli) malik olub. Bank ötən ilin eyni tarixində 355 milyon 834 min manat cəmi aktivlərə və 214 milyon 176 min manat xalis kredit portfelinə, 2020-ci ilin sonunda isə 356 milyon 137 min manat cəmi aktivlərə və 206 milyon 96 min manat xalis kredit portfelinə malik idi. Beləliklə, 9 ay ərzində "Bank BTB"nin cəmi aktivləri 1,1% və ya 7 milyon 366 min manat, xalis kredit portfeli isə 19,8% və ya 40 milyon840 min manat artıb. Bankın qiymətli kağızlara investisiyaları və banklara verdiyi kreditlər azalıb.
MÜŞTƏRİLƏRİN DEPOZİTLƏRİ ARTIB
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 9 ayı ərzində "Bank BTB"də müştərilərin müddətli depozitləri 30 milyon 523 min manat və ya 31,4% artaraq 127 milyon 832 min manata yüksəlib.
MƏCMU KAPİTALI DA ARTIB
30 Sentyabr 2021-ci il tarixində "Bank BTB" 54 milyon 285 min manat məcmu kapitala malik olub. Ötən ilin sonunda Bankın məcmu kapitalı 52 milyon 727 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
3 d. əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
37 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ























