İran daşıyıcı şirkətlərinin Qarabağa qanunsuz daxil olmasına qadağa qoyub
İran yük maşınlarının Qarabağa getməsini qadağan edən qərar qəbul edibİran yük maşınlarının Laçın dəhlizindən keçməklə Qarabağa getməsini qadağan edib.
“Tasnim” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat
Təşkilat İran Xarici İşlər Nazirliyinin 9 oktyabr 2021-ci il tarixli direktivinə əsaslanaraq İran beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub ünvanlayıb.
Qərarda bildirilir ki, İran vətəndaşları və sürücülərin Azərbaycan ərazisi olan Qarabağ və Laçın dəhlizinə girişi qadağan edilir.
Qeyd olunur ki, Azərbaycan ərazi bütövlüyünə hörmət olaraq qeyd olunan hallar Ermənistan ərazisindən Qarabağa gedişə cəhd edən İran vətəndaşlarının istisnasız olaraq hamısına aiddir.
“Qətiyyətlə tövsiyə olunur ki, iranlı sürücülər və İran vətəndaşları Azərbaycanın ərazi bütövlüyünə hörmət olaraq, xoşagəlməz hallarla üzləşməmək üçün Ermənistan ərazisindən Laçın dəhlizindən keçməklə Qarabağa səfər etməsinlər”, - deyə qərarda bildirilir.
Qərarda İranın özəl yükdaşıma şirkətlərinə də təkidlə tövsiyə olunur ki, yük maşınlarına Qarabağa səfər etmək üçün sənəd verilməsi qanuna ziddir.
XXX
"Rəsmi dövlət sərhədi xaricindən Azərbaycan Respublikasının ərazisinə istənilən giriş Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qəbul edilir".
“Mehr” agentliyi xəbər verir ki, bu barədə İranın Beynəlxalq Daşımalar və Tranzit Yolları İdarəsinin baş direktoru Məhəmməd Cavad Hedayətinin İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli təlimatına istinadən beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına göndərdiyi məktubda deyilir.
İdarə bu məktubla Ermənistan ərazisindən Qarabağa və Azərbaycanın Laçın rayonu ərazisinə daxil olmağı, həmçinin Qarabağ regionu ilə hər hansı ticarət müqavilələri imzalamağı və nəqliyyat şirkətlərinə bu region üçün məhsullara müşayiət sənədləri verməyi qadağan edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















