"Azərbaycanın bank sektoru özünü kifayət qədər yaxşı hiss edir"
Azərbaycanın bank sektorunda vəziyyət sabitdir, banklar COVID-19 infeksiyası ilə bağlı mənfi nəticələri aradan qaldırıblar. Bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.
“Dinamika göstərir ki, bank mühiti sağlamdır, pandemiyadan yaxşı çıxıb. Sektorda vəziyyəti əsasən sistemdən çıxardığımız banklar (lisenziyaları 2020-ci ilin yazında geri çağırılan 4 bank - red) korlayıb. Ümumilikdə, bank sisteminin qalan hissəsi normal vəziyyətdə olub”, - deyə Rüstəmov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda bank sistemi üzrə kapital adekvatlığı Mərkəzi Bankın normativ tələblərini 2 dəfə üstələyir.
Rüstəmov vurğulayıb ki, cari vəziyyəti nəzərə alaraq, AMB bank sektoruna bəzi dəstək tədbirlərdən tədricən imtina edib. “Təkcə vəziyyəti nəzarətdə saxlamağa xidmət edən yumşalmaları saxlamışıq. Bütövlükdə, dinamika müsbətdir, bank sektoru (biznes, ipoteka və istehlak kreditləri) inkişaf edir. Bu onu göstərir ki, bank sektoru özünü kifayət qədər yaxşı hiss edir”, - deyə AMB sədri əlavə edib.
Xəbər verildiyi kimi, 2021-ci ilin 8 ayı ərzində Azərbaycanın bank sisteminin ümumi aktivləri 4,3%, kredit portfeli 7,4%, ümumi xalis mənfəəti 4% artıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
10 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
24 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"






















