Azərbaycan Türkiyə və Avropaya qaz tədarükünü artırmaq niyyətindədir
Azərbaycan 2022-ci ildə Avropa və Türkiyəyə qaz ixracını 16 mlrd. kubmetrə qədər artırmağı planlaşdırır.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi çərçivəsində ildə 16 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulub və bu göstəriciyə gələn il çıxması nəzərdə tutulub. Bu əməliyyatlar çərçivəsinə Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulub.
Energetika naziri bildirib ki, Azərbaycan 2023-cü ildən Türkiyəyə 3,5 mlrd. kubmetr həcmində ("Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində – red.) əlavə qaz tədarükü barədə razılıq da əldə edilib.
Xatırladaq ki, "Şahdəniz-1" layihəsi çərçivəsində qazın nəqli üzrə müqavilə 2001-ci ildə əldə edilib və onun müddəti bu ilin aprelin 16-da bitib. Müqavilənin müddətinin bitməsindən sonra "Şahdəniz-1" çərçivəsində Azərbaycandan Türkiyəyə qazın nəqli dayandırılmışdı. Lakın sonradan tərəflər müqavilənin 3 il müddətinə, yəni 2024-cü ilin sonunadək uzadılması barəsində razılığa gəldilər. Yeni müqavilə ilə Türkiyəyə ildə 3,5 mlrd. kubmetr qaz (bundan əvvəl 6,6 mlrd. kubmetr idi - red.) çatdırılacaq.
Əlavə etmək lazımdır ki, ötən ilin dekabrın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinə Cənubi Qafqaz, Trans-Anadolu və TAP qaz kəmərləri daxildir.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















