“PAŞA Bank” yeni inkişaf platformasını sahibkarların istifadəsinə verdi!
Platformaya qoşulan alıcılar daxili təchizat və xammal alışlarında rahatlıq, satıcı axtarışında vaxt səmərəliyi ilə istədikləri məhsul və ya xidmət üzrə uyğun təkliflər, xərclərə 21%-dək qanəat və ən əsası ədalətli və şəffaf satınalmalar təklif olunur.Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” yerli bizneslərin dayanıqlı inkişafı üçün daha əlverişli şəraitləri təmin etmək məqsədi ilə yeni effektiv rəqəmsal həlləri təqdim etməyə davam edir.
Bankdan Marja-ya verilən məlumata görə, yerli bazara “PAŞA Bank”ın dəstəyi ilə yaradılan yeni “GRO” biznesin inkişafı platforması təqdim olunub. “GRO” çərçivəsində KOS seqmenti, iri korporativ bizneslərin alış-veriş prosesinin sadələşdirilməsi, xərclərin optimallaşdırılması və sahibkarlar üçün tərəfdaşlıq şəbəkəsinin yaradılması üçün geniş imkanlar yaradılıb.
GRO platforması bizneslər arasında körpü rolunu oynayır. Platformaya qoşulan alıcılar daxili təchizat və xammal alışlarında rahatlıq, satıcı axtarışında vaxt səmərəliyi ilə istədikləri məhsul və ya xidmət üzrə uyğun təkliflər, xərclərə 21%-dək qanəat və ən əsası ədalətli və şəffaf satınalmalar təklif olunur. Platformaya qoşulan satıcılar isə iri şirkətlərlə əməkdaşlıq şansı, satış artımı və görkəmli biznes inkişafı imkanı qazanırlar.
“PAŞA Bank”ın Biznes innovasiyaları departamentinin direktoru Zaur Bağırovun sözlərinə görə, “GRO” rəqəmsal platformasının yaradılmasının əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən dürüst və etibarlı şirkətlərin bir biri ilə əməkdaşlıq edərək möhkəm və əlverişli biznes əlaqələri yaratmasıdır.
“Ölkənin real sektorunun əsas dəstəkləyici qüvvələrindən biri olan “PAŞA Bank” ölkə bazarında çoxsaylı texnoloji həllərin tətbiq edilməsi və bununla da yerli bizneslərin inkişafına yönələn aktiv fəaliyyəti davam etdirməyi planlaşdırır”, - deyə, Zaur Bağırov bildirib.
Qeyd edək ki, “GRO” platformasından istifadə tamamilə pulsuzdur və istənilən bankın müştəriləri qoşula bilər. Platformanın üstünlükləri ilə tanış olmaq və biznesinizə yeni üfüqlər açmaq üçün “ASAN İmza” ilə bu linkdən qeydiyyatdan keçməniz kifayətdir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
10 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
24 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"




















