Azərbaycanın qeyri-neft ixracında böyük artım - 525 MİLYON DOLLAR DAHA ÇOX VALYUTA
“İxrac icmalı”nın oktyabr sayına əsasən, 2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycanın ixracı 14,6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,8 mlrd. ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Marja-ya daxil olmuş məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 525,3 mln. ABŞ dolları və ya 40,9% artıb.
2021-ci ilin 9 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8% artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ixrac 1,7 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 75,2% təşkil etməklə 224,7 mln ABŞ dolları olub. 2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5% artaraq 46,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 90% artaraq 178,5 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















