AQTA: Bir sıra məhsulların Rusiyaya ixracında əhəmiyyətli artım müşahidə olunub
Cari ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına bir sıra bitkiçilik məhsullarının ixracında artım müşahidə olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsiziliyi ilə bağlı tədbirlərini davam etdirir.
Bu, AQTA-nın yaydığı məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində 2021-ci ilin müvafiq dövrü ərzində fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
Belə ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 37677,93 ton xurma məhsulu ixrac olunub ki, bu da ötən illərlə müqayisədə 129 % artım deməkdir.
Həmçinin 2021-ci ilin müvafiq dövrü ərzində əvvəlki illərlə müqayisədə bu ölkəyə ixrac alma məhsulu üzrə 21 % (32654,52 ton), kartof məhsulu üzrə 23 % (85015,5 ton), xiyar və kornişon məhsulu üzrə 112 % (3884,46 ton), şaftalı və nektarin məhsulu üzrə 182 % (19040,45 ton), qarpız məhsulu üzrə 151 % (6930,82 ton), təzə üzüm məhsulu üzrə 178 % (2905,16 ton), gavalı və göyəm məhsulu üzrə 47 % (5304,07 ton), çiyələk məhsulu üzrə 122 % (4686,05 ton), armud məhsulu üzrə isə 177 % (3088,6 ton) artıb.
Məlumatda qeyd edilib ki, 2021-ci ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan xurma məhsulunun 51 %-i, alma məhsulunun 99 %-i, kartof məhsulunun 43 %-i, xiyar və kornişon məhsulunun 62 %-i, şaftalı və nektarin məhsulunun 99,9 %-i, qarpız məhsulunun 99,6 %-i, təzə üzüm məhsulunun 100 %-i, gavalı və göyəm məhsulunun 96 %-i, çiyələk məhsulunun 100 %-i, armud məhsulunun 97 %-i avtomobil yolu, xurma məhsulunun 49 %-i, alma məhsulunun 1 %-i, kartof məhsulunun 57 %-i, xiyar və kornişon məhsulunun 38 %-i, şaftalı və nektarin məhsulunun 0,01 %-i, qarpız məhsulunun 0,4 %-i, gavalı və göyəm məhsulunun 4 %-i, armud məhsulunun 3 %-i dəmir yolu vasitəsilə daşınıb. Çiyələk və təzə üzüm məhsullarının daşınması zamanı dəmiryolu nəqliyyatından istifadə olunmayıb. Həmçinin Rusiyaya ixrac olunan 114531,58 ton pomidor məhsulunun 100 %-i də avtomobil nəqliyyatı ilə daşınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















