6 aviaşirkətə Rusiyadan Azərbaycana uçuşlar həyata keçirməyə icazə verildi

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) 6 aviaşirkətə RF-nin müxtəlif şəhərlərindən Azərbaycana uçuşlar həyata keçirməyə icazə verib.
Qurumun iyulun 23-də keçirilmiş iclasının yekunları üzrə “İjavia”, “Red Wings”, “İjavia”, “İrAero”, “YVT Aero” və “Nord Star” aviaşirkətlərinin Azərbaycana reyslər yerinə yetirməsinə icazə verilməsi ilə bağlı qərar qəbul edilib.
“Rosaviasiya”nın qərarına əsasən, “Nord Star” aviaşirkəti həftədə 7 dəfə Jukovski-Bakı reysi, eləcə də həftədə 3 dəfə Jukovski aeroportundan Gəncə, Naxçıvan, Lənkəran və Qəbələyə reyslər yerinə yetirmək üçün icazə əldə edib.
Bundan başqa, “İrAero” aviaşirkətinin həftədə 2 dəfə Moskva-Naxçıvan, “İjavia” aviaşirkətinin Krasnodar-Bakı (həftədə 2 dəfə), “Red Wings” aviaşirkətinin Kazan-Bakı (həftədə 2 dəfə) və Perm-Bakı (həftədə 2 dəfə), “YVT Aero” aviaşirkətinin Kazan-Bakı marşrutu (həftədə 3 dəfə) üzrə uçuşlar həyata keçirməsinə icazə verilib.
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
14 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
14 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
16 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
16 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
16 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
17 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
