Türkiyənin su məhsulları ixracı rekord qırır
İlin ilk yarısında 42% artımla 649 milyon dollarlıq ixraca çatan su məhsulları sektoru, 2 ildir ardıcıl qırdığı rekordlara yenilərini əlavə etməyi hədəfləyir.
Marja xəbər verir ki, Türkiyə, 2020-ci ilin yanvar -iyun dövründə 457 milyon 919 min dollarlıq su məhsulları ixrac etmişdir. Bu ilin eyni dövründə isə ixrac 42% artımla 649 milyon dollara yüksəlib.
Su məhsulları ixracında ilk yeri, Türkiyənin istehsalında və ixracında lider olduğu levrek tutur. Levrek ixracı 6 aylıq dövrdə 33% artaraq 215 milyon dollar təşkil edib.
Levrek ixracının ardınca 182 milyon dollarla çipura və 81,5 milyon dollarla alabalıq gəlir.
Türkiyə somonunda isə 2020-nin yanvar-iyun dövründə 9 milyon 314 min dollar olan ixrac 73 milyon 164 min dollara yüksəlib.
HƏDƏF 1,2 MİLYARD DOLLARDIR
Türkiyə Su Məhsulları və Hayvan mənşəli məhsullar İxracatçıları Birliyindən Sinan Kızıltan bildirib ki, pandemiya dövründə balıq istehlakı artıb.
Dünyada məşhur bir çox restoran Türkiyə balığını seçdiyini qeyd edən Kızıltan, sektor olaraq 2 ildir milyard dolların üzərində ixrac həyata keçirdiklərini bildirib.
Kızıltan, "Bu il rekordu yeniləmək istəyirik. Belə gedərsə 1,2 milyard dollar ixracın üzərinə çıxacağıq" deyib.
Dünyanın ən mühüm levrek və çipura istehsalçısının Türkiyə olduğuna qeyd edən Kızıltan, bunların yanına Türk somonunu da əlavə edəcəklərini dilə gətirib.
Kızıltan, Türkiyə somonunun Norveç somonuna rəqib olaraq bazarda yer aldığına diqqəti çəkərək, "Başda Rusiya olmaqla bir çox ölkədə Türkiyə somonunun bazar payı gedərək artır. Təqdimat fəaliyyətlərilə bu prestijli məhsulumuzu daha çox ölkəyə satacağımıza inanırıq. Digər ənənəvi məhsullarımızda da yeni bazarlarımız var. Uzaq şərqə ixracımız başlayıb. Bunun gedərək artacağını gözləyirik. Ən böyük hədəfimiz isə Çin bazarında böyüməkdir",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
20 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















