Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan vətəndaşlarının Almaniyaya səfərinə icazə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan vətəndaşlarının Almaniyaya səfərinə icazə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Daha bir neçə ölkənin vətəndaşlarının Almaniyaya səyahət etməsinə icazə verilib.

“schengenvisainfo” saytında verilən məlumata görə, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Reklam_3_11

Bildirilir ki, iyulun 4-dən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları Almaniyaya turizm məqsədilə səfər edə bilərlər.

“Bu ölkələrin vətəndaşları olan istənilən şəxs vacib səyahət səbəbi olmadan və vaksinasiya statusundan asılı olmayaraq ölkəyə daxil ola bilər”, - deyə nazirliyin məlumatında qeyd olunur. 

Qərar Avropa İttifaqı Nazirlər şurasının 2021-ci il 1 iyul tarixli qərarına əsaslanır.

Bu məqamda bildirək ki, Almaniya iyunun 25-dən etibarən üçüncü ölkələrdən gələn və Avropa Tibb Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş COVID-19 peyvəndlərini (“Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson&Johnson”) vurdurmuş turistlərin ölkəyə girişi barədə qərar verib.

Avropa İttifaqı (Aİ) iyulun 1-də Azərbaycan da daxil olmaqla, 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib.

Qeyd edək ki, Almaniya Avropanın ən çox zərər görmüş ölkələrindən biridir. Bu günə qədər ölkədə koronavirus infeksiyasına 3 729 682 yoluxma faktı aşkarlanıb.

1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!

“Qafqazinfo”

05.07.2021 17:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18