"Xəzərdə vulkan püskürməsi zamanı alovun hündürlüyü 500 m-dən artıq olub"
“Dünən təxminən 21:50 radələrində püskürməsi qeydə alınan Daşlı vulkanı Bakı arxipelaqı adlanan neftli-qazlı rayonda yerləşir”.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun "Palçıq vulkanizmi" şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov bildirib.
O deyib ki, vulkan Bakıdan təxminən 75 km cənub-qərbdə yerləşir: “Azərbaycanın aktiv vulkanlarından hesab olunur. 1920 və 1945-ci illərdə indiki kimi odlu püskürmələri qeydə alınıb. Daşlı vulkanın güclü püskürməsi nəticəsində qeydə alınan alov sütununun hündürlüyü 500 m hündürlükdən də artıq olub. Bu da çox güman kimi sözügedən vulkanın uzun müddət ərzində püskürməməsi və böyük enerji toplaması ilə əlaqədardır”.
O. Abbasov qeyd edib ki, şimalda yerləşən nisbətən böyük ada vulkanlarına, o cümlədən Səngi-Muğan, Xarə-Zirəyə görə Daşlının püskürdüyü palçıq kütləsi kiçik sahədə yayılıb: “Vulkanın dənizdə yerləşməsi və palçığın gec quruması ilə əlaqədar hazırda hadisə yerində hər hansı tədqiqat işinin aparılması qeyri-mümkündür”.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















