Təbii qazın qiyməti əhali üçün 15 qəpiyədək artır
Azərbaycanda əhali üçün qaz tarifləri dəyişib.
Marja xəbər verir ki, 1 kub metr təbii qazın qiyməti əhali üçün istehlak həcmindən asılı olaraq 5 qəpikdən 15 qəpiyədək artır. Belə ki, indiyədək əhali üçün təbii qazın satış tarifləri - illik istehlak həcminin 2200 m3-dək (2200 m3 daxil) olan hissəsi üçün 1 kub metri 10 qəpik, illik istehlak həcminin 2200 m3-dən çox olan hissəsi üçün 1 kub metri 20 qəpik idi.
Tarif Şurasının yeni qərarı ilə istehlak həcmi kateqoriyasının sayı 3-ə çatdırılıb. 1 kub metri 10 qəpik olan 2200 m3-dək olan hissə 1000 m3 azaldılaraq 1200 m3-ə endirilib. 1200 m3-dək (1200 m3 daxil) olan hissəs üçün tarif 1 kub metri 10 qəpik, istehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəs üçün 1 kub metri 20 qəpik, 2500 m3-dən çox olan hissəs üçün isə 1 kub metri 25 qəpik müəyyənləşdirilib.
Tarif Şurası qeyd edib ki, əhali abonentlərinin təxminən 51%i (5 milyon nəfər) illik 1200 m3-dək təbii qaz istehlak edirlər.
Həmçinin Tarif Şurası qeyd edib ki, xərclərinin artmaması üçün əhali qənaətcil istilik sistemlərindən istifadə etməlidir.
Yeni tariflər

Köhnə tariflər

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























