İdxal edilən yeni balıq növlərinə sərt nəzarət tətbiq olunacaq
İqlimləşdirmə üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıqlardan istifadəyə yol verilməyəcək, balıqlar öncə karantin təcridxanalarında saxlanacaq
Nazirlər Kabineti “Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”nı təsdiq edib.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi balıq və digər su bioresurslarının bu və ya digər növünün əvvəllər mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılmasını nəzərdə tutur.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi akvakulturanın tərkib hissəsidir və balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədini daşıyır. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, qorunması, habelə balıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan və bu işlərin aparılması üçün müvafiq texniki imkanlara malik hüquqi və fiziki şəxslər (balıqçılıq subyektləri) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırma çərçivəsində həyata keçirilir. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi işlərini əhatə edən bioloji və texnoloji əsaslandırmanın qeydiyyatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən və tərkibində bu nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətini, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətini, Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən nümayəndələrindən ibarət Elmi-Texniki Şurasının qərarı əsasında aparılır. Təbii balıqçılıq su obyektlərinə onların çıxışının maneələrlə məhdudlaşdırılmadığı şəraitdə (açıq şəraitli akvakultura) balıq və digər su bioresurslarının iqlimləşdirilməsinin həyata keçirilməsinə yol verilmir. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi balıq və digər su bioresurslarının təbii balıqçılıq su obyektlərində olan aborigen növlərinın populyasiyasının vəziyyətinə və onların məskunlaşdığı mühitə, miqrasiya və çoxalma şəraitinə mənfi təsir göstərməməlidir. Xəzər dənizində balıq və digər su bioresurslarının iqlimləşdirilmənin həyata keçirilməsi ilə əlaqədar bioloji və texnoloji əsaslandırma qeydiyyata alınarkən Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmalıdır. Xəzər dənizində iqlimləşdirilmə məqsədi ilə nərə cinsli və digər qiymətli balıqların yeni növlərinin buraxılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıq və digər su bioresurslarından istifadəyə yol verilmir. Balıqçılıq subyektləri balıq və digər su bioresurslarının iqlimləşdirilmə məqsədi ilə su obyektlərinə buraxılması tədbirlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinın balıq mühafizə qurumlarının, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirirlər. Balıqçılıq subyektləri tərəfindən iqlimləşdirilmə məqsədi ilə yetişdirilmiş və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq idxal edilmiş canlı balıq, mayalanmış kürü və digər su bioresursları qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırmada müəyyən olunmuş karantin balıqçılıq təsərrüfatı təcridxanalarında (hovuzlarında, qurğularında və digər uyğunlaşdırılmış yerlərdə) saxlanılmalıdır və balıqçılıq subyektinin karantin balıqçılıq təsərrüfatı təcridxanalarından digər balıqçılıq su obyektlərinə (onların bir hissəsinə) köçürülməsi baytarlıq-sanitariya nəzarəti altında həyata keçirilir. İqlimləşdirilmə məqsədi ilə Azərbaycana idxal edilmiş balıq və digər su bioresursları karantin təcridxanalarında bioloji tələbatları və biotexnoloji xüsusiyyətləri nəzərə alınmaqla saxlanılır. Müxtəlif növdən və yaşdan, müxtəlif vaxtlarda müxtəlif ölkələrdən gətirilmiş balıq və digər su bioresurslarının karantin balıqçılıq təsərrüfatı təcridxanalarında birlikdə saxlanmasına yol verilmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti öz səlahiyyət istiqamətlərinə uyğun balıqçılıq subyektlərinin balıq və digər su bioresurslarının iqlimləşdirilməsini aşağıdakı hallarda məhdudlaşdırırlar:
- bioloji və texnoloji əsaslandırma və ekoloji təhlükəsizlik üzrə tələblər pozulmaqla balıq və digər su bioresurslarının iqlimləşdirilməsi həyata keçirildikdə;
- iqlimləşdirilmə obyektlərinin baytarlıq-sanitariya və sanitar-epidemioloji norma və qaydalarının pozulması ilə daşınması müəyyən edildikdə və bioloji və texnoloji əsaslandırmada müəyyən olunmamış balıqçılıq su obyektlərinə buraxıldıqda;
- bioloji və texnoloji əsaslandırmada müəyyən olunmayan təbii su obyektlərinə balıq və digər su bioresurslarının iqlimləşdirilmiş növlərin düşməsi təhlükəsi yaradıldıqda;
- balıq və digər su bioresurslarının iqlimləşdirilməsi nəticəsində su obyektinin vəziyyəti təbii mühitə və insan sağlamlığına təhlükə doğurduqda;
- balıq və digər su bioresurslarının iqlimləşdirilməsi çərçivəsində təbii su obyektlərinə axıdılan suyun ekoloji və sanitariya normalarına uyğun olmadığı müəyyən edildikdə;
- balıqçılıq subyektlərinin fəaliyyəti nəticəsində iqlimləşdirilən balıq və digər su bioresursları kütləvi məhv olunduqda.
İqlimləşdirilən balıq və digər su bioresurslarının su obyektlərinə daşınması zamanı istifadə edilən qablardakı su balıqçılıq su obyektləri ilə əlaqəsi olmayan yerlərə boşaldılmalıdır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
7 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
8 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
8 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























