Azercell-in dəstəyilə şəhid övladları üçün reabilitasiya proqramına start verilib
“Kiçik Ürəklərdə Böyük Xatirələr”(®️) Korporativ Sosial Məsuliyyəti öz fəaliyyətinin ayrılmaz və mühüm hissəsi hesab edən “Azercell Telekom” şirkətinin dəstəyi ilə “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihəyə start verilib.
Layihənin əsas məqsədi ikinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün art terapiya yolu ilə psixoloji təlimlər təşkil etmək, eləcə də onların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitabı həm rəqəmsal, həm də çap formatda nəşr etməkdir. Layihədə Azercell-in partnyoru “GİD CSR Consulting” şirkətidir.
“Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsində 5-14 yaş arasında olan 300 uşağın anası ilə birgə iştirak edəcəyi planlaşdırılır. COVİD-19 virusunun yayılması ilə əlaqədar pandemik şəraiti nəzərə alaraq, təlimlər onlayn şəkildə keçirilir.
Təlimlər bir neçə istiqamət üzrə təşkil olunub. “Art terapiya” (təsviri sənət terapiyası) uşaqların özünü rahat və azad formada ifadə etməsinə, içində qapalı saxladıqları duyğularını üzə çıxarmalarına şərait yaradacaq. Musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növlərinin köməyilə terapiya alan uşaqlar həm də bu yolla estetik yönlərini ortaya çıxara biləcəklər.
“Arzular ağacı” mövzusunda təlimin məqsədi isə iştirakçılarda özünə inam və ruh yüksəkliyi yaratmaqdır. Bu təlimin köməyilə uşaqlara və onların valideynlərinə psixoloji yardım göstərmək mümkün olacaq. Bu təlim böyük sarsıntı yaşayan uşaqların üzləşdikləri psixoloji problemləri adlamaqlarına, gələcəkdə yarana biləcək daha ağır çətinliklərin qarşısını almağa kömək edəcək. Layihə çərçivəsində təlimlər zamanı xüsusi psixoloji çətinlik yaşayan uşaqların olduğu aşkarlanarsa, onların valideynləri ilə fərdi görüşlər də təşkil ediləcək.
“Uğur hekayəsi” istiqamətindəki təlimlərdə tanınmış şəxslər, böyük çətinliklər bahasına uğur qazanan peşəkarlarla görüş nəzərdə tutulub.
Layihə çərçivəsində şəhid övladlarının qəhrəman ataları haqqında xatirələri bir kitabda toplanacaq. Həm çap, həm də elektron formatda hazırlanacaq kitabın ayrıca bir bölümü atası haqqında heç xatirəsi olmayan körpə şəhid övladlarına həsr ediləcək. Bu kitab şəhidlərin öz ailələri ilə yanaşı, hər kəsin xatirələrində və qəlbində yaşamasına kömək edəcək. Kitabın elektron versiyasını “Bookmate” mobil tətbiqindən də oxumaq mümkün olacaq.
Bu layihə hər bir azərbaycanlının rahat gələcəyi naminə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən mərd və yenilməz hərbçilərimizə və onların ailələrinə duyulan hörmət və qayğının kiçik nümunəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 21 d. əvvəl
-
-
32 d. əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
1 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
3 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 25-də gözlənilən hava şəraiti
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır























