Azərbaycan şirkəti Ukraynanın supermarketlər şəbəkəsinə pomidor satacaq
Məlumat verildiyi kimi, bu ilin 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsulları, spirtsiz içkilər və mineral suların istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.
AZPROMO-dan Marja-ya verilən məlumata görə, öz xüsusi dadı və keyfiyyəti ilə fərqlənən Azərbaycan məhsulları sərgi iştirakçıları və xarici şirkətlər tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan sahibkarları xarici ixracatçılarla məhsulların satışına dair görüşlər keçirib, müzakirələr aparıblar. Sərgidə əldə olunan ilkin razılıqlar nəticəsində Azərbaycan istehsalı məhsullarınixracına dair 1,2 milyon ABŞ dolları dəyərində müqavilələr bağlanıb.
Belə ki, Azərbaycanın “Agro Norm” MMC şirkəti Belarusdan olan şirkətlə 500 min ABŞ dolları, Ukraynanın supermarketlər şəbəkəsi ilə isə 600 min ABŞ dolları dəyərində pomidor məhsulunun ixracına dair müqavilə imzalayıb.
Bundan başqa, “Ulduz” Şokolad Fabriki MMC İordaniya və Səudiyyə Ərəbistandan olan şirkətlərlə bağladığı müqaviləyə əsasən, 116 min ABŞ dolları dəyərində şirniyyat məhsullarının ixracını həyata keçirib.
Qeyd edək ki, Azərbaycan bu il “Gulfood 2021” beynəlxalq sərgisində 5-ci dəfə təmsil olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















