Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 90% artıb
Maliyyə Monitorinqi Xidməti 2020-ci ildə 2 milyon 461 min manat gəlir əldə edib.
Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 89,75% çoxdur.
Ötən il MMX-nin xərci və onun dinamikası da elə bu qədər olub. O cümlədən qurumun insan resursları üzrə xərci 2 milyon 203 min manat (illik müqayisədə 2,3 dəfə çox), köhnəlmə və amortizasiya xərci 101 min manat (16,5% az), inzibati xərci isə 157 min manat (21,1% az) təşkil edib.
Bu il yanvarın 1-nə MMX-nin aktivləri 8 milyon 52 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,3% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 28,5% artaraq 4 milyon 825 min manata çatıb, balans kapitalı isə dəyişməyərək 3 milyon 227 min manat olub.
Xatırladaq ki, MMX ölkə prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun Nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
32 d. əvvəl
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Ən çox oxunanlar
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı

















